Nikoldan Qarabağ açıqlaması: Hər kəs 9 ay hamilə qala bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin Qarabağla bağlı ona ünvanladığı ittihamlara yenidən cavab verib.
KONKRET.az publika.az-a istinadla xəbər verir ki, Paşinyan "Dağlıq Qarabağ respublikası" adlı "dövlətin" olmadığını bir daha təkrarlayıb.
Qeyd edib ki, Qarabağın "müstəqil dövlət" olduğunu desələr də, heç bir ölkə tanımayıb:
"Bizə dost və dost olmayan ölkələr də bu haqda danışırlar, lakin heç biri tanımayıb. Üstəlik, satqınlıqda ittiham edirlər. Mən deputat olanda dedim ki, Qarabağ müstəqil dövlət deyil, Qarabağ Azərbaycandır. Dedilər xeyr, Qarabağ Azərbaycan deyil. Dedim ki, Qarabağ Ermənistandır, dedilər xeyr, Ermənistan da deyil. Yaxşı, Qarabağ Azərbaycan deyil, Ermənistan deyil, müstəqil deyil, bəs onda nədir? Hər kəs 9 ay hamilə qala bilər, amma 9 aydan sonra nəsə baş verməlidir: ya uşaq doğulmalıdır, ya da doğulmasa, daşıyıcının ölümünə səbəb olacaq, yaxud qeysəriyyə ilə doğulacaq. Yəni nəsə olmalıdır. Hamiləliyi daha 9 ay uzatmaq absurd yanaşmadır".
Paşinyan son 4 ildə hər gün özünə bir sual verdiyini və bir cavab tapdığını deyib:
"Əgər biz Qarabağ məsələsini daha 9 ay uzatmaq məntiqi ilə hərəkət etsəydik, yanlış olardı. Mən bizim siyasətimizin doğru, yaxud yanlış olduğunu demirəm. Onu deyirəm ki, yeganə variant bu idi və bu, bizə dövlətimizi qorumaq şansı verir".
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür