Nizami rayonunda ağaclar məhv edilir - FOTO

Nizami rayonunda ağaclar məhv edilir - FOTONizami rayonunda ağaclar məhv edilir - FOTO
Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəlləsində binaların önündəki ağaclar hissə-hissə məhv edilir.
"Report" xəbər verir ki, ərazidə yaşayan sakinlər ağacların kəsilməsindən narazıdırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlamasında ərazidə ağacların kəsildiyini təsdiqləyib:
"Dünən axşam saatlarında Nizami rayonu, Şərifli küçəsi 2524 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumat daxil olub. Dərhal Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional İdarəsinin əməkdaşları həmin əraziyə yollanıb və ağac kəsilməsi faktı aşkar edilib. Eyni zamanda hadisə yerindən bir neçə ağacın kəsilməsində istifadə edilən alətlər götürülüb. Hazırda ərazinin sahibinin müəyyənləşməsi istiqamətində araşdırma davam edir.
Çünki həmin sahə qismən hasarlanmış ərazidir. Ərazinin mənsubiyyətinin öyrənilməsi ilə bağlı sorğular aparılıb. Yaxın günlərdə müvafiq cavablar alındıqdan sonra araşdırma davam etdiriləcək. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".
Vərəm xəstələrinin müalicə aldığı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da sözügedən ərazidə yerləşir.
Nizami rayonunda ağaclar məhv edilir - FOTONizami rayonunda ağaclar məhv edilir - FOTONizami rayonunda ağaclar məhv edilir - FOTONizami rayonunda ağaclar məhv edilir - FOTO

Sosial       Tarix: 13 fevral 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari axsam az xeberler xeber.az bu gun futbol xeberleri