Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında! - FOTOLAR

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında! - FOTOLARLider operator dahi şair və mütəfəkkirin əsərlərini "Audiokitab" formatında tərtib etdi
Azxeber.com xəbər verir ki, Azərbaycanın orta əsr ədəbiyyatının ən görkəmli siması olan Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci il "Nizami Gəncəvi İli" elan edilib. Dekabrın 23-ü Bakı Kitab Mərkəzində (Baku Book Center) "Azercell Telekom"-un təşəbbüsü ilə Nizaminin zəngin bədii irsinə həsr edilmiş "Audiokitab" layihəsinin təqdimatı keçirilib.
Layihə haqqında iştirakçılara məlumat verən Azercell-in Media ilə Əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya qeyd etdi: "Azərbaycanlı müəlliflərin əsərlərini rəqəmsal formata keçirməklə şirkət xüsusi olaraq gənclər arasında mütaliə mədəniyyətini genişləndirmək, həm də müasir oxuculara dünyanın bütün nöqtələrində rəqəmsal cihazlar vasitəsilə xalqımızın mədəni irsini daha əlçatan və rahat etməyi qarşısına məqsəd qoyur. Məhz bu niyyətlə elektron kitabxananın inkişafında Azercell-in növbəti təşəbbüsü beynəlxalq elektron platforma vasitəsilə Nizami əsərlərinin audiokitab formatında dünyanın beş dilində təqdim edilməsi oldu."
Qeyd edək ki, layihə çərçivəsində "Azercell"-in dəstəyilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audio materiallar Azercell-in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq "Bookmate" əlavəsinə yüklənilib.
Layihə çərçivəsində Nizami Gəncəvinin iki əsərinin: "Kərpickəsən kişinin dastanı" və "Adil Nuşirəvan ilə vəzirin hekayəti"-nə komiks janrında çəkilmiş şəkillərindən fotoalbom hazırlanıb. Tədbirdə yeni formatda hazırlanmış "Kərpickəsən kişinin dastanı" komiksi də iştirakçılara təqdim olunub.
Təqdimat mərasimində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli və "Colorit" Yaradıcılıq Emalatxanasının rəhbəri Teymur Nəcəfzadə də çıxış etdilər.
Təqdimatın bədii hissəsində müəllif və qiraətçilər Xəzər Süleymanlı və Səməd Hətəmov Gəncəvinin ölməz əsərlərindən bəzi hissələri ifa ediblər. Daha sonra vokal ifaçısı Tomrisin çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Mərasimdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında "Leyli və Məcnun" baletindən səhnə də nümayiş etdirilib.
Xatırladaq ki, Azercell tərəfindən eksklüziv şəkildə təqdim olunan "Bookmate" tətbiqi məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta, oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audiokitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Bundan əvvəl milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə Azercell şirkəti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şairin seçmə qəzəllərini, "Koroğlu" dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq elektron kitabxanaya yükləmişdi.
"Bookmate" Rəqəmsal kitabxanası haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək olar:
Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında! - FOTOLARNizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında! - FOTOLARNizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında! - FOTOLARNizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında! - FOTOLARNizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında! - FOTOLAR

İqtisadiyyat       Tarix: 24 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi krimnal xeber qurban bayrami 2026 cəbhədən son məlumatlar