Nömrəsiz avtomobil sürən şəxslə bağlı rəsmi açıqlama: Heç kim elə fikirləşməsin ki...

Nömrəsiz avtomobil sürən şəxslə bağlı rəsmi açıqlama: Heç kim elə fikirləşməsin ki...Nömrəsiz avtomobil sürən şəxslə bağlı rəsmi açıqlama: Heç kim elə fikirləşməsin ki...
Heç kim elə fikirləşməsin ki, Qarabağ əlilləri üçün verilən avtomobillərə dövlət nömrə nişanı verilməyib. Təəssüf ki, bəzi sürücülərimiz qanunvericiliyin normalarına riayət etmir.
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakı-Sumqayıt yolunda avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
K.Əliyevin sözlərinə görə, "NAZ Lifan" markalı avtomobillərin əksəriyyəti Qarabağ əlillərinə verilir, lakin təəssüf ki, sürücülər bəzən qanunun tələblərini pozan davranışlara yol verirlər:
"Həmin avtomobillərin böyük əksəriyyəti ölkə başçısının tapşırığı ilə Qarabağ müharibəsi əlillərinə, sağlamlığını itirmiş şəxslərə verilir. Hər bir avtomobilə də dövlət nömrə nişanı verilir. Lakin, bəzi sürücülər qanunun tələblərini kobud şəkildə pozurlar. Düşünürəm ki, həmin sürücülər bunu xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan qayda pozuntularından yayınmaq məqsədilə edirlər.
İstər Dövlət Yol Polisi tərəfindən, istərsə də "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi tərəfindən bu cür qayda pozuntusuna yol verən sürücülərə dəfələrlə xəbərdarlıq edilib, saxlanılıb və nəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmadan idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi bildirilib. Onlar özləri də nəzərə almalıdır ki, qanun hər kəs üçün qanundur. 
Hər bir nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınırsa, onların hər birinə dövlət qeydiyyat nişanları təhkim olunur. Sadəcə olaraq bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin dövlət nömrə nişanlarını çıxarırlar".
Şöbə rəisi onu da əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrinin tələblərini pozaraq, avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi 4 cərimə balı ilə qiymətləndirilir:
"İXM-nin 342.7-ci maddəsində dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməsinə görə cərimə məbləği 60 manat, cərimə balı isə 4 bal olaraq təyin olunub".
Xatırladaq ki, Bakı-Sumqayıt yolunda "NAZ Lifan" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə edib. Sürücü bu vəziyyətdə də həmin yolda yerləşən "Ekologiya postu"nu keçib.
Könül Cəfərli  /oxu.az

Sosial       Tarix: 07 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan ən son xeberler xankendi qurban bayrami 2026