Norm Sement Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat köçürüb

Norm Sement Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat köçürübNEQSOL Holding-in tərkibinə daxil olan və Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm ASC yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərini vaxtında və geniş şəkildə həyata keçirən qabaqcıl şirkətlər sırasındadır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında yaradılmış Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna NEQSOL Holding tərəfindən ayrılmış 5 milyon manat ümumi büdcə çərçivəsində Norm Sement tərəfindən 1 milyon manat köçürülmüşdür.
Şirkət Azərbaycan Respublikası Prezidentinin çağırışına və Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə uyğun olaraq zavod ərazisi və şəhər ofisində işçi heyəti və müştərilərinin sağlamlığını qorumaq məqsədilə aşağıdakı preventiv tədbirləri həyata keçirib və keçirməkdədir:
Ofis və zavod ərazisi tam şəkildə dezinfeksiya edilir, işçi heyəti və müştərilər  maarifləndirilir, xüsusi dezinfektant və tibbi maskalarla təmin edilir;
İşçi heyətinin böyük əksəriyyəti "evdən iş" rejiminə keçirilib, bununla əlaqədar işçilər bütün zəruri resurslarla təmin edilib;
Norm Ustalar Klubunun üzvü olan ustalara online təlimlərə başlanılıb, iş və yaşayış yerlərində təlimatlara riayət edilməsi və ətrafdakı insanları bu barədə maarifləndirmək tapşırılıb və bu məqsədlə ustalara dezinfektə edici vasitələr paylanılacaq;
Müştəri şirkətlər və dilerlər yazılı şəkildə maarifləndirilir, onlardan iş yerlərində gigiyena və sosial izolyasiya qaydalarına əməl edilməsi tələb edilir
Zavod ərazisində xidmət göstərən təchizatçı və subkontraktor şirkətlər təlimatlandırılır, xüsusi gigiyenik vasitə və tibbi maskalarla təmin edilir, onlara şirkətdaxili maarifləndirilmə işlərinin aparılmasında dəstək göstərilir;
Qaradağ rayonu sakinlərinə virusla mübarizə təlimatlarını, gigiyena qaydalarını əks etdirən məlumatlandırcı broşurlar, aztəminatlı ailələrə dezinfektə edici vasitələr, maskalar paylanılır
Norm şirkəti hər birinizi koronavirusla mübarizədə  aktiv olmağa, özünüzü və ətrafınızdakı insanları qorumaq məqsədilə Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərlə toplaşmamağa çağırır.
Şirkət olaraq daim işçilərinin və müştərilərinin qayğısına qalan, onların sağlamlığı üçün çalışan Norm Sement bu yoluxucu virusun qarşısını almaq üçün bütün zəruri ehtiyat tədbirlərini həyata keçirməyə davam edəcək. /news.milli.az

İqtisadiyyat       Tarix: 22 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi 2026 son xeber 2026 xəbərlər.com hava haqqinda