Novıy Qod' şousunu Novruzdan üstün tutursunuz' - Sərt tənqid
Sevilən müğənni Murad Arif Novruzla bağlı səmimi təbriki ilə diqqət çəkib.
azxeber.com xəbər verir ki, sənətçi Novruz bayramına olan marağın azalmasından gileylənib.
O, bildirib ki, hətta telekanallar belə yeni il şoularını Novruz bayramından üstün tuturlar:
"Zaman keçdikcə daha dərindən anlayıram ki, məhz Novruz bizim bayramların şahıdır, sultanıdır, ən əsasıdır! O, yaddaşdır, oddur, torpaqdır, Vətəndir!
Təəssüf ki, bəzən nəinki insanlar, hətta telekanallar belə "Novıy Qod" şousunu Novruzdan üstün tutur… Amma bütün bunlara rəğmən, təbiət özü Novruzu qarşılayır, onu qeyd edir, Novruzda oyanır, Novruzda canlanır, Novruzda çiçəkləyir!
Novruzumuz mübarək, əzizlərim! Qoy doğmalarımız sağ, süfrələrimiz bol, ölkəmiz daim sülh içində olsun! Uşaqlarla eşiyə çıxın, qapılara papaq qoyun, tonqallarınızı gur qalayın, alovun üzərindən atlanın, bir-birinizə zəng edin, bayramlaşın, sevinin! Çünki bu vəfasız dünyada özünüzə sevinc, şənlik, bayram borcunuz var".
Aysel

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Bu rayonun bir sıra ərazilərində qaz kəsilib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub
Dövlət bu şəxslərə 11 min manat verəcək