Novruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? - REPORTAJ + FOTO

Novruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? - REPORTAJ + FOTONovruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? - REPORTAJ + FOTO
Novruz bayramına iki gün qalıb. Bu bayramlarda diqqəti çəkən əsas məqam süfrənin tərtibatıdır. Azərbaycan xalqının milli bayramı olduğundan, hər kəs Novruza xüsusi hazırlaşır, şirniyyatlar bişirirlər. Çalışırlar ki, süfrəyə bol nemət düzsünlər. İnanclara görə, süfrədə nə qədər çox nemət olsa, il bir o qədər ruzili-bərəkətli keçəcək.
Novruz hazırlıqları üçün isə insanlar əvvəlcədən alış-veriş etmək üçün paytaxtda qurulan yarmarka və mağazalara üz tuturlar.
Əhali arasında sərfəli alış-veriş məkanlarından biri olan "Yaşıl bazar"da bayramqabağı vəziyyətin necə olduğunu öyrənmək üçün Oxu.Az-ın əməkdaşı ora baş çəkib.
Diqqətimizi çəkən ilk məqam bazarda olan seyrəklik idi. Bayrama sayılı günlər qalmasına baxmayaraq, əvvəlki qədər sıxlıq müşahidə olunmurdu. Piştaxtalar bayram üçün bütün nemətlərlə dolu idi. Lakin alıcı qıtlığı hiss olunurdu.
Əvvəlcə Novruzun atributlarından olan səmənilərə nəzər yetirdik. Bazarda hər qiymətə səməni vardı. Baharın simvolundan olan səmənilərin ən aşağı qiyməti 1 manat idi.
Novruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? - REPORTAJ + FOTOSatıcı səməniləri fevral ayından satışa çıxardığını söyləyib:
"İlk çərşənbədən öncə səmənini satışa çıxardıq. Lakin mənə elə gəlir ki, insanlar çərşənbələri artıq qeyd etmirlər. Çünki çərşənbələrdə demək olar səməni alan yox idi. Son çərşənbəyə yaxın axın oldu. Lakin bu da əvvəlki qədər çox deyil".
Digər bir satıcı da alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyündən şikayətlənib:
"Bayrama 2 gün qalır. Lakin axın yoxdur. Məhsullar üzərində qiymət artımı yoxdur. Alıcılığın aşağı olması təəccüblü məqamdır. Marketlərə nisbətən bizdə daha ucuzdur. Əksər məhsulların qiyməti bazar, marketlə müqayisədə 1-2 manat ucuzdur".
Novruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? - REPORTAJ + FOTOBazarın çərəz satılan hissəsinə baş çəkdik. Çeşid çoxluğunu müşahidə etsək də, satıcılar alıcılıq qabiliyyətində artımın olmadığını söyləyiblər:
"Ləpə 14-16 manatdır. Qabıqlı qoz isə 4-6 manata satılır. Fındıq 7, ləpəsi 14, badam ləpəsi 22, iydə 6, xurma 10-15, innab 8, qaysı 13 manatadır. Qarışıq meyvə qurusu 10-22 manat, tumsuz xurma 14 manat, tumlu 7 manat, alma və armud qurusu 3-10 manatdır. Şabalıd 3,50-10 manat, qaysı 12-20 manat, sarı kişmiş 6-20, alça qurusu 4-10, gavalı qurusu 3-15 manat aralığında satılır. Qiymətlər normaldır. Bayramla əlaqədar bahalaşma yoxdur".
Novruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? - REPORTAJ + FOTOBayram süfrəsini plovsuz təsəvvür etmək mümkün deyil. Plovun hazırlanmasında istifadə olunan düyülərə isə tələbat çoxdur. Qablaşdırılmış düyülər isə müxtəlif qiymətə satılır.
Meyvə-tərəvəz məhsullarının satıcısı bazarda alıcıların sayının azalmasını iri marketlərlə əlaqələndirir:
"Bazarda məhsullar ucuzdur. Bazarda hər şey ucuz olsa da, məhsulları alan yoxdur. Armud 2, portağal 3, heyva 2, banan 3 manatdır. Qiymətlər bundan aşağı ola bilməz".
Novruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? - REPORTAJ + FOTODigər satıcı isə alıcılıq qabiliyyətinin son bir neçə ayda aşağı düşdüyünü əlavə edib:
"Bəziləri bayramqabağı bahalaşma səbəbindən alıcılıq qabiliyyətinin aşağı olduğunu düşünür. Lakin bayram ilə əlaqəsi yoxdur. Bir neçə ay öncədən durğunluq müşahidə edilir".
Ümid edirik ki, alıcıların süfrəsi, satıcıların da cibi bu bayramda boş qalmaz. Bayramınız mübarək!
Novruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? - REPORTAJ + FOTODaha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 20 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler bugünki xəbərlər cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe