Nuşirəvan Məhərrəmli təşviqat üçün məbləğin yüksək olması fikri ilə razılaşmır
Nuşirəvan Məhərrəmli təşviqat üçün məbləğin yüksək olması fikri ilə razılaşmır
Seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir.
Oxu.Az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli "Seçkinin mediada isiqlandırlıması" mövzusunda informasiya sessiyasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda özəl TV və radio kanalları təşviqatda iştirak edə bilməz.
"Seçkilər dövründə "İctimai" TV seçkiqabağı təşviqat mərhələsində əsas KİV-lərdən birinə çevrilir", - deyə o əlavə edib.
N.Məhərrəmli bildirib ki, İTV seçkiqabağı təşviqatı ödənişli və ödənişsiz yolla həyata keçirir:
"Pulsuz efir vaxtı həftədə üç saatdan az olmayaraq həyata keçirilir. Pulsuz efir vaxtı 60 dairədə namizədi qeydiyyata alınmış partiya və bloklar aiddir. Medianın üzərinə qoyulan tələb odur ki, hər hansı bir namizədə üstünlük verməsin, bütün namizədlərə bərabər şərait yaratsın", - deyən N.Məhərrəmli əlavə edib ki, ödənişli efir vaxtı pulsuz efir vaxtından iki dəfə çox olmalıdır.
N.Məhərrəmli təşviqat üçün məbləğin yüksək olması barədə fikirlərə də münasibət bildirib.
"İTV tərəfindən müəyyən edilən ödənişli efir vaxtının bir saniyəsi minimum 22 manat, maksimum 65 manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə uyğun hesablanıb".
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı