O da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTO

O da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTOO da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTO
ABŞ-ın Nyu-York şəhərindən yaşayan insan sümükləri satıcısı daimi müştərilərdən və işin xüsusiyyətlərindən danışıb. 
22 yaşlı Con Ferri 18 yaşına kimi Taylandda yaşayıb. Məhz orada - atası ona siçan skeleti hədiyyə edəndən sonra sümüklər və kəllələr həyatının əsas məşğuliyyətinə çevrilib. Qeyri-adi hədiyyə o zaman 13 yaşlı Ferrini nəinki qorxutmayıb, həm də sonradan işə çevrilən hobbisini tapmağa kömək edib.
Yetkinlik yaşına çatandan sonra gənc Nyu-Yorka köçür və sənaye dizaynını öyrənməyə başlayır. Dərslərinin ağırlığına baxmayaraq, o, hobbisindən əl çəkmir. Nəticədə arzusunu gerçəkləşdirərək heyvan skeletlərinin alqı-satqısı üçün "JonsBones" şirkətini qurur.
Günlərin birində isə əntiq əşyalar və kuriyerlər mağazasına girən Ferri rəflərin birində insan kəlləsi görür.
O da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTODediyinə görə, bu onu qəlbinin dərinliklərinə kimi təsir edir və mağazanın sahibi Mayk Zonla görüşmək qərarına gəlir. Zon ziyarətçiyə kəllənin haradan gəldiyini izah edib: məlum oldu ki, o, sümükləri tibb universitetlərindən və laboratoriyalardan alıb.
Dükan sahibi ilə söhbət etdikdən sonra Con "JonsBones" çeşidini genişləndirmək və insan sümüklərini də satmağa başlamaq qərarına gəlib. Bu, onun biznesini daha uğurlu və irimiqyaslı edir: Ferri səkkiz işçi götürür və sosial şəbəkələrdə yarım milyon izləyici toplayır.
O da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTO"JonsBones"un əsas alıcıları tibb məktəbləri və axtarış-xilasetmə əməliyyatları aparan təşkilatlardır (Onlara xidmət itlərin hazırlanması üçün tələb olunur).
Skeletin orta qiyməti təxminən 6,5 min funt-sterlinqdir (təxminən 13,2 min manat), çanaq sümüklərini isə 69 funta (140 manat) almaq olar.
O da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTOFerrinin sözlərinə görə, gələcəkdə o, ticarəti dayandırmağı və sümüklərlə maraqlanan hər kəs üçün suvenir mağazası olan muzey açmağı planlaşdırır. "JonsBones"da artıq kəllə formalı zərgərlik məmulatlarının sınaq partiyası var. Onlar da suvenirlər arasında təqdim olunacaq.
"Mən və həmkarlarım bizə gələn nümunələri gələcək nəsillərə qorumaq üçün mümkün olan hər şeyi edirik", - deyə Con bildirib.
O da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTOO da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTOO da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTOO da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTOO da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır - FOTOMənbə: The Guardian / oxu.az

Maraqlı       Tarix: 02 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun krimnal bugun son xabar meherremlik 2026