Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb - FOTO
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Oğuz rayonunun Sincan kəndində fəaliyyət göstərən tütün qurutma müəssisəsində ilk məhsul tədarükünə başlanılıb.
Milli.Az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, xarici investisiya əsasında qurulmuş müəssisədə tütünün becərilməsi, tədarükü və qurudulması müasir texnologiyalara uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, KOBİA tərəfindən investora müəssisənin Oğuz rayonunda qurulması və fəaliyyətinin genişləndirilməsi, dövlət və özəl qurumlarla əlaqələndirmə, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istqamətlərində dəstək və xidmətlər göstərilib. Müəssisəyə investisiya təşviqi sənədi də verilib ki, bu müəssisəni 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.
Müəssisəyə yaponiyalı investor tərəfindən 2,2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda müəssisədə 26 nəfər işlə təmin edilib.
Müəssisənin hazırda Qəbələ, Oğuz və Tovuz rayonlarında olan 210 hektar tütün təsərrüfatının növbəti illərdə Şəki, Zaqatala, Qax və Balakən rayonları da daxil olmaqla 900 hektara çatdırılması nəzərdə tutulur.
Xarici investor tərəfindən müəssisənin fəaliyyət göstərdiyi ərazilərdə tütünçü fermerlərin maarifləndirilməsi üçün KOBİA ilə birgə təlimlərin keçirilməsi də planlaşdırılır.
Tütün müəssisəsinə ilk məhsul tədarükü prosesində Qəbələ-Oğuz "KOB Dostu" ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də iştirak ediblər. Müəssisənin fəaliyyəti və məhsul tədarükü prosesi ilə tanış olan könüllülər bu sahədə praktiki bacarıqlar əldə ediblər.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar