Okean dibi üçün zəruri bitki dünya təbiəti üçün fəlakət mənbəyi imiş
Okean dibi üçün zəruri bitki dünya təbiəti üçün fəlakət mənbəyi imiş
Yer kürəsində istixana qazlarının yeni mənbəyi peyda olub. Bunlar buzlaqların əriməsi ilə ortaya çıxan mamırlardır.
Bu barədə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Krasnoyarsk Elmi Mərkəzinin alimləri elan ediblər. Onların araşdırmalarının nəticələri "Marine Pollution Bulletin" jurnalında dərc olunub.
Bildirilir ki, ötən ilin yayı Antarktidada rekord dərəcədə isti olub, qitə ətrafındakı dəniz buzunun miqyası 1979-cu ildən bəri ən aşağı səviyyə olub. Buzlaqların əriməsi nəticəsində səthdə minilliklər boyu buz qatının altında gizlənmiş fosil mamırlar meydana çıxıb.
İndi də həyati proseslər zamanı metan buraxan mikroorqanizmlər qədim mamırlara çıxış əldə ediblər. Beləliklə, qapalı dairə əmələ gəlir: artan temperatur buzların əriməsinə səbəb olur, onun altından çıxan mamırlar metan istehsal edən bakteriyalar üçün qidaya çevrilir və bu da öz növbəsində istiləşməyə səbəb olur. / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR