"Ölkənin ali rəhbərliyi milli turizm infrastrukturunun və bütövlükdə turizm industriyasının Azərbaycanda qorunması üçün əlindən gələn səylərini

"Ölkənin ali rəhbərliyi milli turizm infrastrukturunun və bütövlükdə turizm industriyasının Azərbaycanda qorunması üçün əlindən gələn səylərini "Ölkə prezidenti İlham Əliyev həm ölkə höküməti qarşısında qoyduğu vəzifələr, həm də ümumdünya turizm təşkilatının rəhbəri ilə keçirdiyi videokonfrans çərçivəsində ölkənin turizm industriyasının qorunması istiqamətində böyük səylər göstərməkdədir"
Bunu Milli.Az-a iqtisadçı ekspert Elşad Məmmədov BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında keçirilən videokonfransı şərh edərkən söyləyib.
O bildirib ki, hazırki böhranlı vəziyyət ən çox turizm sahəsinə təsir edib.
"Dünya iqtisadiyyatının dərin sistemli və kompleksli böhrana daxil olduğu fazada turizm sənayesi bütün dünya üzrə ən çox hazırki böhranın strukturuna görə əziyyət çəkən iqtisadi sferalardandır və bu proses Azərbaycan iqtisadiyyatından da yan keçə bilməzdi. Ona görə də biz görürük ki, ölkə prezidenti İlham Əliyev həm ölkə höküməti qarşısında qoyduğu vəzifələr çərçivəsində,həm ümumdünya turizm təşkilatının rəhbəri ilə keçirdiyi videokonfrans çərçivəsində ölkənin turizm industriyasının qorunması istiqamətində böyük səylər göstərməkdədir.
Bütün bunlar onu deməyə əsas verir ki, baxmayaraq bu gün ölkəmizin turizm industriyası çətin günlərini yaşayır, ölkənin ali rəhbərliyi milli turizm infrastrukturunun və bütövlükdə turizm industriyasının Azərbaycanda qorunması üçün əlindən gələn səylərini əsirgəməyəcək. Nəzərə almaq lazımdır ki, yeni çağırışlar turizm sənayesi ilə məşğul olan iqtisadi qurumların menecmenti qarşısında yeni yanaşmaların tətbiqini bir çağırış kimi qoyur, yeni marketinq siyasətinə çox ciddi ehtiyac var və daxili turizmin inkişafına eyni zamanda birbaşa istehlakçılara yönəlik ciddi güzəştlər paketinin tətbiqinə böyük ehtiyac yaranacaq. 
Hesab edirəm ki, postpandemiya şəraitində milli turizm şirkətləri ciddi şəkildə öz idarəetmə fəlsəfəsinin dəyişikliyinə nail olmalıdırlar. Bu istiqamətdə işlərin turizm infrastrukturunun dövlət tərəfindən qayğısının olacağı ilə müşahidə edilməsi hesab edirəm ki, milli turizm industriyamız üçün müəyyən mənada dayanıqlılığın təminatçısı kimi çıxış edə bilər. Ona görə də burada dövlətin və biznesin birgə fəaliyyətinin, əməkdaşlığının olduqca mühüm rolu var və dövlət tərəfindən müəyyən infrastrukturun qorunması və lazım gələndə yaradılması və biznes tərəfindən çevik effektiv marketinq və menecment siyasətinin tətbiq edilməsi milli turizm industriyamızın müəyyən mənada dayanıqlığının qorunmasına şərait yarada bilər.
Bəxtiyar Umarlı
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 05 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar valyuta mezennesi hava kriminal xeber