Ölkənin baş infeksionisti: "Qadağa rejimi davam etdirilməlidir" - AÇIQLAMA

Ölkənin baş infeksionisti: "Qadağa rejimi davam etdirilməlidir" - AÇIQLAMA
Respublikanın bir neçə şəhərində tətbiq edilən iki günlük sərt karantin rejimi bitdi. Həftənin ilk günü vətəndaşlar yenidən küçələrə çıxıb, fəaliyyətinə məhdudiyyət qoyulan müəssisələr öz işlərini bərpa ediblər. Təəssüf ki, hələ də tibbi maskalardan istifadə etməyən vətəndaşlar var.
Oxu.Az xəbər verir ki, paytaxt ərazisində səhər saat 06:00-dan sonra canlanma müşahidə olunub.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti bərpa edilib, əhalinin yaşayış yerlərini tərk etməsi qadağası başa çatıb.
Ölkənin baş infeksionisti: "Qadağa rejimi davam etdirilməlidir" - AÇIQLAMAİctimai nəqliyyat öz fəaliyyətini bərpa etsə də, təəssüf ki, sərnişinlərin maskasız olması yoluxma hallarının artmasına şərait yaradır.
Ölkənin baş infeksionisti: "Qadağa rejimi davam etdirilməlidir" - AÇIQLAMANazirlər Kabineti yanında operativ qərargah dəfələrlə vətəndaşlara çağırış edərək, sosial məsafənin gözlənməsinin və maskalardan istifadənin vacib olduğunu bildirib. Bütün bunlara baxmayaraq, cəmiyyətdə məsuliyyətsiz davranış hallarına rast gəlinir.
Ölkənin baş infeksionisti: "Qadağa rejimi davam etdirilməlidir" - AÇIQLAMAGörəsən, vətəndaşlar nə üçün öz sağlamlıqlarına qarşı bu qədər laqeyd yanaşırlar? Hələ də xəstəliyin mövcud olduğuna inanmayanlar var?
Ölkənin baş infeksionisti: "Qadağa rejimi davam etdirilməlidir" - AÇIQLAMASəhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Oxu.Az-a açıqlamasında insanları məsuliyyətsiz davranışlara yol verməməyə çağırıb.
Ölkənin baş infeksionisti: "Qadağa rejimi davam etdirilməlidir" - AÇIQLAMAO bildirib ki, dünya ölkələri ilə müqayisədə, Azərbaycanda koronavirus pandemiyasından ölüm və yoluxma halları azdır:
"Bu məsələni diqqətdə saxlamaq lazımdır. İnsanlar həm qoyulan qaydalara riayət etmir, həm də dövlətdən, səhiyyədən tədbir görmələrini tələb edir. Bəzi qruplar isə, ümumiyyətlə, xəstəliyin mövcudluğuna inanmır. Buna nə gərək var? Heç bir dövlət istəməz ki, vətəndaşlar cərimə yolu ilə qanun-qaydaya riayət etməyə məcbur olunsun.
Bu, şüurlu şəkildə olmalıdır. İnsanların bu mövzuda cərimələnməsi, əslində, düzgün deyil. İnsanlar bir-birini başa düşməlidir. Maska taxmaq bu qədər çətin deyil. Yoluxmaların artma səbəbini soruşurlar. Təbii ki, sadaladıqlarım xəstəliyin yayılmasına şərait yaradır".
Ölkənin baş infeksionisti: "Qadağa rejimi davam etdirilməlidir" - AÇIQLAMAC.İsayev tətbiq edilən iki günlük karantin rejimini alqışlayıb:
"İnsanlar buna da etiraz edir. Vətəndaşlar birmənalı şəkildə başa düşməlidir ki, bu tədbirlər onların sağlamlığı üçündür. İki gün nə sağlam, nə xəstə insan küçələrə çıxmadı. Bu, kifayət qədər önəmli məqamdır.
Virus daşıyıcılarının küçələrə çıxmaması, digər insanlarla ünsiyyət saxlamaması pandemiya ilə mübarizə çərçivəsində ciddi addımdır. İnsanlar könüllü şəkildə tibbi maskanın, əlcəklərin istifadəsinin zəruriliyini anlayana, dövlətin gördüyü tədbirlərə dəstək verənə qədər bu rejim davam etdirilməlidir".
Ölkənin baş infeksionisti: "Qadağa rejimi davam etdirilməlidir" - AÇIQLAMAKönül Cəfərli

Sosial       Tarix: 08 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber xeberler azerbaycan cəbhədən xəbər xeber.az