Ölüm qorxusundan dəhşətli etirafını etdi: dörd yaşından etibarən…
Ölüm qorxusundan dəhşətli etirafını etdi: dörd yaşından etibarən…
Ciddi xəstəlikdən əziyyət çəkən qız ölüm qorxusu altında dəhşətli etirafı ilə yaxınlarını şoka salıb. Belə ki, o, övladlığa götürüldüyü ailədə 20 il ərzində atalığı tərəfindən zorlandığını deyib.
"Baza" "Telegram" kanalının məlumatına görə, ağır olduğu qədər kədərli hadisə Krımda baş verib.
Yekaterina Dontsova (ad şərtidir) kəskin limfoblastik talassemiya diaqnozu ilə onkoloji mərkəzdə müalicə alır. Bu yaxınlarda növbəti kimya terapiyasından sonra onun temperaturu kəskin yüksəlib. Öz həyatı üçün qorxan qız uşaqlıq və gənclik illərində yaşadığı dəhşəti xatırlayıb və bu barədə danışmaq qərarına gəlib.
O, ərinə zəng edərək, dörd yaşından etibarən atalığı tərəfindən təcavüzə məruz qaldığını deyib. Əri üçün bu xəbər gözlənilməz olub. Onun sözlərinə görə, Katyanın atalığı ilə münasibətləri normaldır. Yeganə qəribəlik həyat yoldaşının övladını heç vaxt atası ilə tək qoymaması olub. Katya bunu atalığının uşaqlarla davranmağı bacarmaması ilə izah edib.
Katyanın analığının isə heç vaxt baş verənlər barədə xəbəri olmayıb və bundan sonra da olmayacaq: o, dörd il əvvəl ölüb.
Katyanın danışdıqlarından sonra əri polisə müraciət edib. Hazırda hüquq-mühafizə orqanlarında yoxlamalara başlanılıb. Təcavüz faktları sübut olunacağı təqdirdə, kişini cinayət məsuliyyəti gözləyir. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb