"Ölüm şəhəri"ndəki azərbaycanlı: "Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik"

"Ölüm şəhəri"ndəki azərbaycanlı: "Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik" "Ölüm şəhəri"ndəki azərbaycanlı: "Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik"
Çin hökuməti tövsiyə edib ki, zərurət olmadıqda evdən bayıra çıxmayaq. Əslində şəhərə çıxmağa lüzum da yoxdu, çünki ictimai nəqliyyat işləmir, hər yer bağlıdır. Şəhərə giriş və çıxış qapadılıb. 
Bunu Lent.az-ın əməkdaşıyla söhbətində Çinin Huazhong Elm və Texnologiya Universitetinin doktorantı, hazırda bütün dünyanın diqqətində olan və dəhşətli koronavirusun yayıldığı Uhan şəhərində təhsil alan Leyla Quliyeva bildirib. 
Leyla xanımın dediyinə görə, əslində bir neçə gün əvvəl xəbər verilib ki, 4 saatdan sonra şəhər bağlanacaq, kim bacarsa, Uhanı tərk etsin. 
"Amma bu barədə gec eşitdiyimizdən mən və bir neçə azərbaycanlı şəhəri tərk edə bilmədik. Hələ ki azərbaycanlılar arasında zərər çəkən yoxdur. Evdəyik, küçəyə çıxmırıq". 
Həmsöhbətimizin dediyinə görə, ərzaqla təminatlarıyla bağlı heç bir problem yoxdur. Həm yerli meriya, həm oxuduğu Universitet, həm də Çindəki Azərbaycan səfirliyi bu sarıdan onlara hər cür köməkliyi göstərir. 
"Hazırda hökumət gücləndirilmiş iş rejiminə keçib. Şəhərdə qalanları daim qripə qarşı təlimatlandırırlar. Məsələn, bizə deyirlər ki, gündə bir neçə dəfə əllərinizi yuyun, spirtlə dezinfeksiya edin, paltarlarınızı dəyişin. Bütün bunları etməyə məcburuq. Biz burda qalacağıq, ya Azərbaycana qayıdacağıq, bu barədə rəsmi qərarı gözləyirik. Amma bir məqamı da qeyd edim ki, oxuduğum Universitet, necə deyərlər, tələsməməyi, bir qədər gözləməyi xahiş edir". 
Leyla xanım onu da deyir ki, Uhanda vəziyyət pis olsa da, dünya mediasının yazdığı kimi, fəlakətli deyil. 
"Ölənlərin sayı rəsmi rəqəmlərdən çox deyil və şişirdilmiş rəqəmlərə inanmayın. Bu, bir qrip simptomudu. Çin hökuməti var gücüylə epidemiyanın qarşısını almağa çalışır. Qripdən ölənlərin əksəriyyəti qocalardır. Nə bir cavan ölüb, nə də uşaq. Bu da yaşlı adamlarda immun sisteminin zəifliyi ilə bağlıdır. İnşallah, bu bəla keçib gedər", - deyə o bildirib.  /oxu.az

Sosial       Tarix: 28 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər son xeberler azerbaycan novruz bayramı azerbaycanda son xeberler