Ölümcül virusun 323 flakonu yoxdur: Bəyanatlar bir-birinin ardınca gəlir
Avstraliyanın Kvinslend şəhərindəki ictimai səhiyyə laboratoriyasında "Hendra", "Lissavirus" və "Hantavirus"a aid 323 virus nümunəsinin itirildiyi məlum olub.
KONKRET.az xəbər verir ki, ölkənin səhiyyə naziri Tim Nikolls bu vəziyyəti "bioloji təhlükəsizlik protokolunun ciddi şəkildə pozulması" kimi qiymətləndirib və hərtərəfli araşdırmaya başlanıldığını açıqlayıb.
Avstraliya dünyanı təsir edə biləcək bir sağlamlıq qalmaqalı ilə sarsılır. Ali Məhkəmənin təqaüdçü hakimi Martin Daubney qalmaqalın istintaqına rəhbərlik etmək üçün təyin edilib.
Nazirlik oxşar halların təkrarlanmaması üçün kadr hazırlığının artırılması, laboratoriya prosedurlarının nəzərdən keçirilməsi və icazələrin ciddi şəkildə yoxlanılması kimi tədbirlər gördüyünü açıqlayıb.
Baş səhiyyə mütəxəssisi Con Cerrard mətbuata açıqlamasında bildirib ki, virus nümunələrinin yoluxma riski var. Amma təhlükə bir o qədər də çox deyil: "Bu virus nümunələri dondurucu şəraitdə saxlanmazsa, tez xarab olacaq və artıq yoluxucu olmayacaq".
Rəsmiyyə Şərifova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…