Ombudsman Azərbaycan hərbçilərinin minaya düşməsi ilə bağlı çağırış etdi

Ombudsman Azərbaycan hərbçilərinin minaya düşməsi ilə bağlı çağırış etdiAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Azərbaycan hərbçilərinin Kəlbəcərdə minaya düşməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.
Bu barədə azxeber.com-a Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.
"Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir.
Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bu günədək dəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyata və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır. Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur.
İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıram", - məlumatda qeyd olunub.

Sosial       Tarix: 07 avqust 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda yeni dərs ilindən saatlar BELƏ OLACAQ -TƏFƏRRÜAT

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsin

Mürsəl Səfərov ilk dəfə övladı ilə fotolarını paylaşdı - FOTO

Tanınmış müğənni Mürsəl Səfərov sosial şəbəkə hesabında övladı ilə birlikdə çəkilən yeni fotolarını izləyiciləri ilə bölüşüb. xəbər verir ki, paylaşım qısa zamanda izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Fotolard

Qəbələdə açıq sahədə yanğın baş verib

Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib. xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub

Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?

Məhərrəm ayında qızıl bazarında alıcı sayının azalmasına baxmayaraq, qiymətlərdə nəzərəçarpacaq ucuzlaşma müşahidə edilmir. Bəs tələb aşağı düşdüyü halda qızıl niyə kəskin şəkildə ucuzlaşmır?. Mövzu ilə bağlı -a danışan iqtisadçı-eksper

"Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür" - "Space TV"nin açıqlaması

"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. xəbər verir ki, bəhs olunan 140 min 313,06 ABŞ dolları məbləğində borc 2021-c

Belə evləri alanlar uduzur - Açıqlama

Son illərdə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Bir çox vətəndaş mənzil alarkən yalnız hazırkı qiymətə deyil, onun gələcəkdə dəyərinin artıb-artmayacağına da önəm verir. . Mənzili

Rüfət Əhmədzadə vəfat etdi

Jurnalist, şair və tərcüməçi Rüfət Əhmədzadə vəfat edib. xəbər verir ki, onun vəfatı ilə bağlı məlumatı tanınmış jurnalist Rəbiyyə Zərdabi paylaşıb. . Qeyd edək ki, Rüfət Əhmədzadə uzun illər jurnalistika və ədəbi yaradıcılı

Bu MMC yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur

Dövlət Gömrük Komitəsinin (DGK) "Azterminalkompleks" Birliyi nəqliyyat vasitələri və texnikaların cari təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub. Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "S

Kürdəmirdə zəncirvari yol qəzası olub, bir nəfər ölüb

Kürdəmirdə baş verən qəzada ağır xəsarət alanlardan biri vəfat edib. xəbər verir ki, rayonun Yeni Şıxımlı kənd sakini, 1992- ci il təvəllüdlü Kamran Nadir oğlu Məmmədov xəstəxanada vəfat edib. /apa


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber bugünkü son xəbərlər krimnal bugun idman xeberleri