Ombudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib - FOTO

Ombudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib - FOTOOmbudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı şəhərinin rayonlarında, həmçinin Ombudsmanın Gəncə, Şəki, Quba, Cəlilabad regional mərkəzlərinin əhatə etdiyi şəhər və rayonlarda yerləşən internat məktəbləri və uşaq evlərinə planlı başçəkmələr həyata keçirilib.
Ombudsman Aparatından bildirilib ki, başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanılma şəraitinin monitorinqi, yeni tədris ilinin başlanması ərəfəsində dövlət uşaq müəssisələrinin hazırlığı, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.
Təhsil Nazirliyinin tabeliyində olan sağlamlıq imkanları məhdud uşaqlar, habelə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərinə, gimnaziyalara keçirilən başçəkmələr zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, tibb və dərs otaqlarına, yeməkxana və mətbəxə, asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilib, müəssisələrin rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb.
İnternat müəssisələrində şagirdlərin tədris prosesində sosial məsafə şərtlərinə riayət etmələri üçün sinif otaqlarının müvafiq qaydada hazırlandığı, həmçinin yataqxanada çarpayıların sayının azaldılaraq ara məsafəsinin standartlara uyğun düzüldüyü müşahidə edilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində isə təmirin yekunlaşmadığı və tədrisə hazır olmadığı müşahidə olunub.
Eyni məsələlər yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan uşaq evlərində də araşdırılıb, müəssisələrin yeni tədris ilinə hazırlığı, o cümlədən xüsusi karantin rejimi və pandemiya şəraitində tədris və təlim-tərbiyə aparılmasına hazırlıq prosesi qənaətbəxş qiymətləndirilib. Suraxanı rayonundakı 2 saylı uşaq evində ümumilikdə saxlanma şəraitinin təkmilləşdirilməsinə ehtiyac olduğu, Xətai rayonundakı 3 saylı uşaq evində isə uşaqların tədrisə hazırlığına mane olan hallara yol verildiyi müşahidə olunub.
Həyata keçirilmiş başçəkmələr zamanı saxlanılma şəraiti ilə bağlı yerində həlli mümkün olan bəzi məsələlər müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb, onların təminatına dair tövsiyələr verilib.
Başçəkmələr zamanı Ombudsman Aparatının əməkdaşları tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında bu təhsil müəssisələrinin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, uşaq hüquqlarının həyata keçirilməsi və COVID-19 pandemiyası ilə bağlı məlumatlandırma tədbirlərinə geniş yer verilməsi, bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Başçəkmələrin yekununda müəssisələrə COVID-19 pandemiyası ilə bağlı və digər maarifləndirici xarakterli materiallar təqdim edilib.
Ombudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib - FOTOOmbudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib - FOTOOmbudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib - FOTO

Sosial       Tarix: 14 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər son xeberler 2026 azerbaycanda son xeberler sou xeberler bugun