Öncə Türkiyədə Ərdoğanla görüşdü, indi isə Bakıya gəlir: Matvienkonun planlaşdırılan səfəri ilə bağlı GİZLİ MƏQAMLAR
Cənubi Qafqazda nisbi sabitlikdir və geosiyasi vəziyyət Azərbaycanın xeyrinədir. Azərbaycanın şərtlərini yerinə yetirməkdən boyun qaçıran Ermənistanla bəzi məsələrdə qismən razılıq əldə olunub. İndi qarşıda duran əsas vəzifə Zəngəzur dəhlizinin açılması və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təmin etməkdir. Bununla belə, Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qroznı səmasında vurulmasından sonra Bakı və Moskva arasında yaranan gərginlik iki ölkənin münasibətlərində açıq-aydın özünü göstərib. Bu gərginlik fonunda Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Azərbaycana səfərə gəlir. Matvienko əvvəlvə Ankarada olub və Türkiyə prezidenti Ərdoğanla görüşüb. Əvvəl Ankaraya, ardınca isə Bakıya planlaşdırılan səfərin arxasında hansı məqamlar dayanır?.
Siyasi şərhçi İlyas Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginlik var və bu, hiss olunan dərəcədədir:
"Çünki təyyarə qəzasından sonra Rusiyanın davranışı kifayət qədər suallar yaradıb. Hətta istintaqın ilkin məlumatlarının dərc olunmasından sonra da Rusiyanın mövqeyinin dəyişməməsi ciddi problemlərə yol açır. Eyni zamanda Çeçenistan rəhbəri Ramzan Kadırovun sağ qalan ekipaj üzvlərinin mükafatlandırması prosesi bir qədər qıcıq doğurur. Digər tərəfdən Valentina Matvienkonun Türkiyədən sonra Bakıya səfəri hesab edirəm ki, münasibətlərin yumşaldılması yönündədir. Bu mövzular ola bilsin ki, Türkiyədə də müzakirə olunub. Türkiyə bu gün Cənubi Qafqazda, Yaxın Şərqdə, Ukraynada, Mərkəzi Asiyada böyük geopolitik gücə çevrilib. Bu da əsassız deyil. Türkiyə uzaqgörən, proqmatik nəticəyönümlü siyasət həyata keçirir. Bunun nəticəsidir ki, Türkiyədə, həm də Rusiyada ABŞ nümayəndə heyətlərinin Ukrayna mövzusu və ikitərəfli münasibətlərin formalaşması yönündə görüşü keçirilib. Matvienkonun Azərbaycana səfəri nəticəsində bir sıra müsbət jestlər də ola bilər. Amma bizim üçün əlbəttə ki, maraqlarımız və tələblərimiz öncül xarakter daşıyır. Bizim üçün yalnız milli maraqlar önəmlidir".
Vəli Həsənoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı