Oqtay Qasımov: "Gürcüstan hökuməti mənfi variantlara hazır və qətiyyətlidir"
"Gürcüstanda baş verən hadisələr geopalitik savaşın tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Bölgə uğrunda mübarizə gedir. Doğrudur, Gürcüstan hakimiyyətini birmənalı şəkildə Rusiya yönümlü adlandırmaq da yanılış olardı".
Bunu KONKRET.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
"Hazırkı hökumət Gürcüstanın maraqlarından çıxış edib. Ukrayna savaşı başlayandan bəri Gürcüstan üzərindən ikinci cəhbənin açılamasına icazə verməyiblər. Bu, Gürcüstan üçün ağır nəticələrə gətirib çıxara bilərdi. Təbii ki, Gürcüstan kökumətindən narazı olan Qərb onun dəyişdirilməsinə cəhd edib. Cəhdlərini bu gün davam etdirirlər. Son bir ildə təzyiqlər daha intensiv xarakter alıb. Bu ilin əvvəlindən iyun ayına qədər Gürcüstanda ciddi etiraz aksiyalarının şahidi olduq. Bu, Gürcüstan parlamentinin xarici agentlərlə bağlı qəbul etdiyi qərarlarla bağlı idi.
Gürcüstan hökumətini bu məsələlərdə dayandıra bilməyən Qərb, onu devirmək üçün küçə etirazlarının yetərli olmadığını gördükdən sonra seçkilər vasitəsi ilə bunu etməyə çalışdı. Seçkilərə qədər biz Qərbdən Gürcüstan hökumətinə ciddi basqılar müşahidə etdik. Bundan başqa seçkilər ərəfəsində proseslərə kopud müdaxilələrin şahidi olduq. Bir çox ölkələrin Xarici İşlər Nazirlərinin, səfirlərinin məsələyə ciddi müdaxiləsi oldu. Seçkilərdə Gürcüstan vətəndaşları hakim partiyaya səs verdikdən sonra Qərb seçkinin nəticələrini tanımadı. Yeni seçkilərin keçirilməsini tələb etsələr də, Gürcüstan hökuməti də bunu qəbul etmədi. Məhz Konstitusiya Məhkəməsi nəticələri qəbul etdikdən sonra, Gürcüstan prezidenti parlamentin ilk iclasını çağırmadığına görə hökumət özü iclas keçirdi. Artıq yeni hökumət formalaşıb. Müxalifət parlamentin iclaslarında iştirak etmədiyi üçün təbii ki, müəyyən problemlər qalmaqdadır. Xüsusilə də dekabrın 14-də keçiriləcək prezident seçkiləri Gürcüstanda yenidən etirazları qızışdırır, gərginliyi artırmaqdadır. Hökumətin Avropa İttifaqı ilə bağlı məsələlərin 2028-ci ilə qədər gündəmdə olmayacağı ilə bağlı açıqlamalar fərqli formada xalqa çatdırıldı. Bu isə Gürcüstanda vəziyyəti gərginləşdirib.
Proseslərdə kifayət qədər neqativ rolu Gürcüstan prezidenti oynamaqdadır. Bu şəxs konstitusiyaya görə siyasi proseslərdə iştirak etməməlidir. Amma prezident konstitusiyanı kopud şəkildə pozaraq proseslərdə aktiv şəkildə iştirak edir. Bu da onu göstərir ki, Gürcüstanda gərginlik özünün növbəti mərhələsinə qədəm qoyur. Digər tərəfdən, əsas problem odur ki, tərəflər kompramisə getmək niyyətində deyillər. Ona görə də vəziyyət kifayət qədər ciddidir. Gürcüstan hökumətinə gəldikdə isə hökumət özünü kifayət qədər inamlı aparır və əsas məsələ ondan ibarətdir ki, hələlik güc strukturları hökumətə tabedir və onu müdafiə edir. Gürcüstan hökuməti də bütün mənfi variantlara, ssenarilərə özünü hazırlayıb və bunun qarşısını almaq üçün qətiyyətli olduğunu göstərməyə çalışır".
Vəli Həsənoğlu,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi