Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
"Respublika Diaqnostika Mərkəzi" ASC gömrük qaydalarını pozduğuna görə cərimələnib.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, "Respublika Diaqnostika Mərkəzi" ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. 2 milyon 415 min 646 manat nizamnamə kapitalına malik olan tibb müəssisəsinin qanuni təmsilçisi sabiq səhiyyə naziri Oqtay Şirəliyevdir.
Məlumata görə, Oqtay Şirəliyev hələ 1988-2005-ci illərdə "Respublika Diaqnostika Mərkəzi"nin direktoru olub. O, 2005-2021-ci illərdə isə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…