Orta Asiya rahat nəfəs ala bilər - Radikal islamçılar regiona nüfuz edə bilməyəcək - TƏHLİL

Orta Asiya rahat nəfəs ala bilər - Radikal islamçılar regiona nüfuz edə bilməyəcək - TƏHLİLDünyanın bir çox ölkələrində qadağan olunmuş Taliban hərəkatının nümayəndələri ilə Çin, ABŞ və Rusiya arasında mütamadi görüşlərdə əməkdaşlıq perspektivləri ciddi müzakirə olunur. Əlbəttə, bütün bunlar beynəlxalq ekspertlərin diqqətindən yayınmır.  Belə ki, Əfqanıstanda hakimiyyətə gəldikdən sonra bir çox dövlətlərin Taliban hərəkatı ilə birbaşa və ya dolayısı ilə qarşılıqlı əlaqədə olmasına baxmayaraq, yalnız indi bu hərəkatla münasibətlərin qurulması yeni mərhələdə prinsipial səviyyəyə çatıb. Artıq Taliban nümayəndə heyəti İrana və Pakistana bir sıra səfərlər edib. ABŞ-la uzun sürən danışıqlar nəticəsində Taliban bir neçə dəfə sülh sazişi imzalayıb.
Birləşmiş Ştatlar ənənəvi olaraq Əfqanıstan münaqişəsinin nizamlanmasında əsas oyunçulardan biri olub. Bu baxımdan ABŞ hakimiyyəti ilə Taliban hərəkatı arasında qarşılıqlı əlaqə artıq sensasiya deyil. Çünki bu dialoqun tarixi 2000-ci illərin əvvəllərindən başlayıb və 2020-ci ildə ABŞ silahlı qüvvələrinin Əfqanıstandan çıxarılmasına səbəb olub.
Amma bu gün ABŞ üçün vacibdir ki, Taliban hərəkatı İŞİD və digər təşkilatların yaraqlıları da daxil olmaqla, Əl-Qaidəyə sadiq qalan terror təşkilatları ilə mübarizə aparmaq öhdəliyini öz üzərinə götürsün. Əfqanıstanın müvəqqəti hökumətinə qarşı siyasətin yumşaldılması məhz bu amillərdən irəli gəlir. ABŞ prezidenti Co Bayden də rəsmi Vaşinqtonla Taliban arasında əməkdaşlığı təsdiqləyib.
Öz növbəsində Çin Əfqanıstanda "Bir kəmər, bir yol" layihəsinin həyata keçməsi məqsədilə yol infrastrukturu inşa edir. Ona görə də rəsmi Pekin ölkənin xaosa sürüklənməsinin və uyğur yaraqlıları üçün sığınacaq və ya tranzit dəhlizinə çevrilməsinin qarşısını almağa çalışır. Halbuki Çin Pakistanla narahat olduğu məsələlərlə bağlı birbaşa təmaslarını qurub. Amma buna baxmayaraq, Talibanla da sıx əlaqəlar yaratmaqla Əfqanıstandakı vəziyyəti sabitləşdirmək üçün əlindən gələni edir.
Hələlik Pakistan Əfqanıstanın Taliban tərəfindən ələ keçirilməsi ssenarisini yalnız qismən dəstəkləyir və İran da Talibanla danışıqlar aparır, çünki digər ölkələr kimi regionda qeyri-sabitlikdən narahatdır.
Orta Asiya rahat nəfəs ala bilər - Radikal islamçılar regiona nüfuz edə bilməyəcək - TƏHLİLBu yaxınlarda o da məlum olub ki, Rusiya da Talibanla fəal əlaqə saxlamağa başlayıb. Formal olaraq, Rusiya tərəfinin Taliban hərəkatı ilə əlaqələri uzun müddətdir, ən azı 2007-ci ildən mövcud olsa da, yalnız 2020-ci ildə bu əlaqələr rəsmiləşib. Son görüşlərdə çox güman ki, Rusiyanın Əfqanıstandakı geosiyasi maraqları müzakirə olunur və tamamilə mümkündür ki, ABŞ-ın bu regiondakı siyasəti iflasa uğradıqdan sonra rəsmi Kreml öz təsirini artırmaq niyyətindədir. Məsələn, diqqətəlayiqdir ki, bu ilin iyul ayının ortalarında Rusiyanın Kabildəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Jirnov Taliban diplomatiyasının rəhbəri Əmir Xan Müttəkini Əfqanıstan üzrə Moskva formatında məsləhətləşmələr toplantısında iştirak etmək üçün Rusiyaya səfərə dəvət edib.
Qeyd edək ki, Əfqanıstanla bağlı Moskva formatında məsləhətləşmələrin görüşləri adətən ildə bir dəfə Rusiyanın paytaxtında keçirilir və Ali Məhkəmənin qərarı ilə Rusiya ərazisində fəaliyyəti qadağan edilən Taliban hərəkatı Moskva formatının işində dəfələrlə iştirak edib. Belə bir səfər sonuncu dəfə 2021-ci ilin oktyabrında, demək olar ki, Kabilin ələ keçirilməsindən dərhal sonra olub.
Dünya siyasi arenasında əsas oyunçuların Əfqanıstanın müvəqqəti hökuməti ilə münasibətləri yaxşılaşdırmaq istəyi Orta Asiya ölkələrinə əhəmiyyətli fürsətlər yaradır. Çünki Əfqanıstanla həmsərhəd rayonlarda vəziyyət nə qədər sabit olsa, radikal islamçıların region ölkələrinə nüfuz etməsi və onların təsirini yayma riski bir o qədər az olar.
KONKRET.az-ın ARAŞDIRMA QRUPU
P.S. Yazıda Qazaxıstan beyin mərkəzlərinin məlumatlarından və təhlillərindən istifadə edilib.

Siyasi       Tarix: 21 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun cəbhədən xəbər cəbhədən ən son xəbərlər apa.az xeberler