Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı

Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı"Oruc tutulan zaman səhhətdə bəzi narahatlıqlar yaranır ki, bəzən bu hallara görə insanlar özlərini oruc kimi nemətdən məhrum edirlər".
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bunu həkim-fitoterapevt Füzuli Hüseynov deyib.
Həkim bildirib ki, artıq bütün dünya ac qalmanın faydasını görmək üçün bunun 30 gün davam etmə vacibliyini qəbul edir:
"Bizlər həm Allah yolunda orucumuzu tutub Onun əmrinə baş əyirik və nəticədə də orucun bədənimiz üçün faydalarını görürük. Bu da biz müsəlmanlara Allahın bir lütfüdür. Deməli, sağlamlıq üçün oruc ara verilmədən 30 gün tutulmalıdır. Ramazan ayının hər gününün öz dəyəri var. Məsələn, orucun 15-ci günündən sonra oynaqlara yığılmış duzlar sorulur, damarlara yığılmış xolesterin əriyir, hətta şiş hüceyrələrinə təsir də elə bu vaxtdan başlayır. Bədəndə illərlə yığılmış şlaklar təmizlənir, buna görə də orucun davamlı tutulmadığı hallarda fayda az görünə bilər".
Həkim bildirib ki, oruc tutulan zaman ağız tez-tez quruyursa, yaxşı olar səhər imsakda limonlu çay və ya məkkəgülü çayı içilsin:
"1 aylıq oruc müddətində mədə divarı 2 dəfə yenilənir. Ona görə də orucun mədəmizə çox faydası var. Yenilənmə zamanı eroziya və səpgilər aradan qalxır.
Oruc tutulan zaman günün ikinci yarısında baş ağrıları ola bilər, bu da təbiidir. Bunun səbəbi bədənimizin ehtiyat enerji mənbələrindən istifadə etməsidir. Baş ağrısı çox dözülməz olursa təzyiq yoxlanmalıdır. Təzyiq normadan çox aşağı düşdükdə səhər acqarına və axşam 1 xörək qaşığı bal bir stəkan çiy suya qarışdırılır və içilir. Başağrısı davam edirsə, onda başdan və kürəkdən hicama etdirmək olar. (Peyğəmbərimiz oruclu vaxtı hicama etdirib)."
F.Hüseynov bildirib ki, əgər oruc zamanı ağız acı olursa, onda səhər və axşam yeməkdən əvvəl solmazçiçəyi dəmləməsi içilir və axşam iftar kök, kələm və zeytun yağından hazırlanmış salatla açılır, ət yeməkləri bir saatdan sonra yeyilir.
Həkimin sözlərinə görə, bəzən oruc təzyiqin qalxmasına səbəb ola bilir, belə hal təkrarlanırsa, səhər yeməyindən əvvəl yemişan meyvəsinin dəmləməsi içilir:
"Bəzən əllərin əsməsi və əsəb gərginliyi ola bilir, onda imsakda və iftarda bir çay qaşığı udi hindi tozu bir stəkan qaynar suya qarışdırılır, beş dəqiqə sonra bir çay qaşığı bal əlavə olunaraq içilir. Bəzən insanlar enerjisi tükənməsin deyə az hərəkət edirlər, bəzən səhərdən axşamadək yatırlar, bu, düzgün deyil. Oruc tutulan zaman səhər və axşam piyada gəzmək sağlamlıq üçün vacibdir. Enerjinin azalmağından isə qorxmaq lazım deyil, çünki bədənimiz illərlə yığdığı enerji deposundan istifadə edəcək. Oruc tutan zaman mədə qıcqırması baş verirsə, səhər və axşam yeməkdən əvvəl biyan dəmləməsi içmək faydalıdır. Bəzən qəbizlik olur, belə halda səhər 3 ədəd quru əncir yeyilir. Effekti olmasa axşamdan əncirlər zeytun yağında isladılır və səhər acqarına yeyilir. Bəzən oruc tutanlarda ishal ola bilir, onda səhər yeməkdən əvvəl Qastren çayı içmək faydalıdır".
Həkim onu da vurğulayıb ki, oruc davamlı tutularsa dərimizdən gələn xoşagəlməz iylər azalır, dəri daha parlaq görünüş alır, bağırsaqlarda çürümə getmədiyindən insan uzunömürlü və sağlam olur.
Milli.Az  /news.milli.az

Sağlamlıq       Tarix: 25 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler azerbaycan son xeber bugun cəbhədən canlı son xeberler bu gun