"Oskar" mükafatına namizədlər elan olunub
"Oskar" mükafatına namizədlər elan olunub
Amerika Kinomatoqrafiya Sənəti və Elmləri Akademiyası 2024-cü il "Oskar" mükafatına namizədlərin siyahısını açıqlayıb.
Kino sənayesindəki ən yüksək nailiyyətlərə görə 96-cı mükafatlandırma mərasimi martın 10-da Los-Ancelesdə keçiriləcək.
2024-cü il "Oskar" mükafatına namizədlər sırasında "Ən yaxşı film" nominasiyasında "Amerika ədəbiyyatı", "Yıxılmanın anatomiyası", "Barbie", "Tərk edilmişlər", "Çiçəkli Ayın qatilləri", "Maestro", "Oppenheymer", "Keçmiş həyatlar", "Yazıqlar-bədbəxtlər", "Maraqlar zonası" kimi filmlər yer alıb.
"Ən yaxşı rejissor" adı uğrunda Jyustin Trie ("Yıxılmanın anatomiyası"), Martin Skorseze ("Çiçəkli Ayın qatilləri"), Kristofer Nolan ("Oppenheymer"), Yorqos Lantimos ("Yazıqlar-bədbəxtlər"), Conatan Qleyzer ("Maraqlar zonası") yarışacaq.
"Ən yaxşı kişi rolu"na görə mükafat üçün Bredli Kuper ("Maestro"), Kolman Domingo ("Rastin"), Ceffri Rayt ("Amerika ədəbiyyatı"), Pol Camatti ("Tərk edilmişlər"), Killian Mörfi ("Oppenheymer") mübarizə aparacaq.
"Ən yaxşı qadın rolu"na görə mükafat Annet Beninq ("Dayana Nayed"), Lili Qladstoun ("Çiçəkli Ayın qatilləri"), Sandra Hyüller ("Yıxılmanın anatomiyası"), Keri Malliqan ("Maestro"), Emma Stoun ("Yazıqlar-bədbəxtlər") arasından seçiləcək.
Eyni zamanda mərasimdə "Ən yaxşı rejissor", "Ən yaxşı ikinci dərəcəli kişi rolu", "Ən yaxşı ikinci dərəcəli qadın rolu", "Ən original ssenari", "Ən yaxşı bədii qısametrajlı film", "Ən original mahnı", "Ən yaxşı saundtrek", "Xarici dildə ən yaxşı film", "Ən yaxşı sənədli film", "Ən yaxşı cizgi filmi" və "Ən yaxşı qısametrajlı cizgi filmi" nominasiyaları üzrə də qaliblər müəyyənləşdiriləcək.
Mənbə: Championat.com / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR