Otağa niyə girdiyinizi unudursunuzsa... - Elmi səbəbi açıqlandı
Otağa daxil olduqdan sonra niyə girdiyinizi unutmaq tanış haldırsa, narahat olmağa dəyməz.
KONKRET.az millimi.az-a istinadən bildirir ki, mütəxəssislər bunun neyroloji problem deyil, beynin normal işləmə xüsusiyyəti olduğunu bildirirlər.
Böyük Britaniyanın "HealthTest UK" tibb təşkilatının mütəxəssisləri bu fenomeni "qapı effekti" adlandırır. Onların sözlərinə görə, beyin bir otağın qapısını keçməyi əvvəlki hadisənin sonu, yeni bir mərhələnin başlanğıcı kimi qəbul edir. Bu zaman əvvəlki məqsəd artıq "köhnəlmiş informasiya" hesab olunur və beyin onu silir.
Alimlər qeyd edir ki, bu proses demensiya və ya başqa yaddaş pozuntusu ilə əlaqəli deyil. Lakin yuxusuzluq və fiziki yorğunluq bu effekti daha da gücləndirə bilər. Səbəb isə beynin enerjiyə qənaət etməyə çalışması və yalnız önəmli hesab etdiyi məlumatı yadda saxlamasıdır.
Qeyd edək ki, daha əvvəl həkim Amir Xan da çoxsaylı işlərlə eyni anda məşğul olmağın beynə zərərli olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu vərdiş qısa müddətli yaddaşı, diqqət toplama qabiliyyətini və emosional sabitliyi zəiflədir.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı