"Nikol Paşinyanın təklif etdiyi yol əlverişsizdir"
"Bunu xoşməramlı açıqlama kimi dəyərləndirsək də, qeyd olunan yolların həm keçdiyi coğrafi ərazi və iqlim şəraiti nəzərə alındıqda, yükdaşıma həcmləri çox olmayacaq".
KONKRET.az xəbər verir ki, bunu "Yeni Sabah"a siyahi şərhçi Oqtay Qasımov deyib.
O, Nikol Paşinyanın Ermənistandan yüklərin Azərbaycana daşınmasına məhdudiyyətin ləğvi qərarını şərh edib:
"Paşinyan həm Ermənistanın maraqlarını təmin etmə, həm də sülhə sadiqliyini nümayiş etdirmə naminə belə bir bəyanat verdi. O bəyan etdi ki, İrəvan Marqara keçid məntəqəsindən keçməklə, yüklərin Azərbaycana daşınmasını təmin etməyə hazırdır".
Siyasi şərhçi vurğulayıb ki, lazım olarsa, Marqara-Yeqnadzor-Sisyan-Qoris marşrutu vasitəsi ilə Türkiyədən Qarabağa hansısa yüklərin daşınması baş tuta bilər, amma coğrafi-meteroloji baxımdan həmin marşrut əlverişsizdir:
"Azərbaycan üçün gələcəkdə ən önəmli daşınma marşrutu məhz TRIPP-dir. Bu ərazi həm daşımaların həcmi, həm də təhlükəsizlik baxımından ən əlverişli variantdır. Təbii ki, Marqara-Yeqnadzor-Sisian-Qoris marşrutu istisna hallarda istifadə oluna bilər. Amma həmin ərazi dağlıqdır. Yolun ötürücülük qabiliyyəti buna görə məhdud olacaq. Amma müəyyən hallarda bu yoldan istifadə edilə bilər".
O.Qasımov diqqətə çatdırıb ki, yekun sülh müqaviləsi imzalanmadığından hazırda Ermənistan ərazisindən tranzit yüklərin daşınması təhlükəlidir:
"Erməni cəmiyyətində revanşist qüvvələr var, cəmiyyətin özü də terrorizmə çox meyillidir. Bu ölkədə yarımhərbi terror təşkilatları fəaliyyət göstərir. Bu baxımdan yaxın perspektivdə sülh müqaviləsi imzalanmadan, etimad mühiti yaranmadan tranzit daşımaları müəyyən risklər daşıyır".
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın yük maşınlarının Marqara-Yeqnadzor-Sisian-Qoris marşrutu ilə Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazır olduğunu bildirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib