Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad bunlar olub - SİYAHI
Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad bunlar olub - SİYAHI
Ötən il ərzində Azərbaycanda qız və oğlan uşaqlarına ən çox qoyulan 10 ad müəyyənləşib.
Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, ötən il ərzində qızlara ən çox verilən ad Zəhra olub. Keçən il 2468 qıza Zəhra adı verilib.
Ümumilikdə, 2019-cu ildə qızlara qoyulan ən məşhur 10 ad Zəhradan sonra Zeynəb (1706), Məryəm (1603), Aylin (1587), Nuray (1545), Fatimə (1452), Mələk (1415), İnci (1111), Dəniz (1087), Nilay (1008) olub.
2019-cu ildə oğlanlara ən çox qoyulan ad Yusif olub. Həmin ildə 2464 oğlan uşağına Yusif adı verilib.
Keçən il oğlan uşaqlarına ən çox qoyulan 10 ad Yusifdən sonra Əli (2262), Hüseyn (1977), Uğur (1921), Ömər (1424), Məhəmməd (1311), Murad (1305), Ayxan (1061), Tunar (920), Raul (799) olub. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb