Oyun zamanı nokauta düşən səudiyyəli müdafiəçinin rentgen şəkli feyk çıxdı - FOTO/VİDEO
Oyun zamanı nokauta düşən səudiyyəli müdafiəçinin rentgen şəkli feyk çıxdı - FOTO/VİDEO
Futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının müdafiəçisi Yaser Əl-Şahrani DÇ-2022-nin qrup mərhələsində Argentina ilə oyunda (2:1) aldığı dəhşətli zədədən sonra videomüraciət edib. O, vəziyyətinin yaxşı olduğunu deyib.
"Sizi əmin etmək istəyirdim ki, mən yaxşıyam. Səudiyyəli azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirik. Siz buna layiq idiniz", - deyə futbolçu bildirib.
Xatırladaq ki, komandalarının qapıçısı Mohammed Al-Oveyslə toqquşmadan sonra səudiyyəli müdafiəçinin çənəsi və üz sümüyü sınıb, beyni silkələnib. O, həmçinin bir neçə dişini itirib.
Əl-Şahrani əməliyyat üçün təcili olaraq Qətərdən Almaniyaya göndərilib.
Yeri gəlmişkən qeyd edək ki, sosial şəbəkələrdə onun üzünün rentgen şəkli olduğu iddia edilən görüntülər yayıldı. Ancaq Şahraninin müraciətindən sonra bunun feyk olduğu aydınlaşıb.
Qeyd edək ki, Argentina üzərində qələbəyə görə Səudiyyə Ərəbistanı hər oyunçusunun 2,5 milyon avro verib. Səudiyyə Ərəbistanı üçün bu, dünya çempionatında 4-cü qələbədir. Ölkə kralı Argentina üzərində qələbə şərəfinə ölkədə istirahət günü elan edib.







Mənbə: Sport-express.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR