Öz gücümüzə arxalanırıq

Öz gücümüzə arxalanırıqSərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 13 rayon və şəhərin sakinlərinə 190 manat məbləğində birdəfəlik müavinət ödənəcək. Büdcədən 53 milyon manatın ayrıldığı bu ödənişlər Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyanda 278 min nəfərə veriləcək.
Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.
Dövlətimizin başçısı müşavirədə çıxış edib. Prezident İlham Əliyevin çıxışından bəzi məqamları diqqətinizə təqdim edirik:
"Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq".
"Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik".
Öz gücümüzə arxalanırıq"Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorub. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünki bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik".
Bu sözlər aylardan bəri davam edən və artıq gerçəkdən də, hamımızı usandıran, yoran karantin rejimi ilə bağlı deyildi.
Hər şey vətəndaşlarımızdan, bizdən asılıdır. Sosial məsafə və gigiyena qaydalarına tam riayət olunarsa, yoluxmaların sayı daha da azalacaq, sonucda, ümumiyyətlə, olmayacaq. Həmin situasiyada isə karantin rejimi nəinki yumşalacaq, hətta aradan qaldırılacaq, ləğv ediləcək.
Hazırda ölkədə 46 xəstəxana sadəcə, COVİD-19 koronavirusuna yoluxanların müalicə olunduğu məkanlardır. Həmin xəstəxanaların 41-i son 15 ildə tikilib, yaxud əsaslı təmir edilib, ən müasir avadanlıqlarla təchiz olunub.
Ölkədə koronavirus testlərinin keçirilməsi üçün fəaliyyət göstərən laboratoriyaların sayının 45-ə çatdırılması nəzərdə tutulur. Ölkəyə 40 yeni təcili yardım maşını gətirilib, daha 60 maşın da gətiriləcək.
Dövlət vaxtında gərəkli addımlar atmasaydı, indi ölkədə durumun necə ola biləcəyini təxminləmək əsla çətin deyil.
Hər şeyə rəğmən, ən kritik ssenariyə hazır olmalıyıq. Doğrudur, son üç həftə ərzində koronavirusa yoluxma statistikasında ciddi azalma var, amma rahatlanmaq, arxayınlaşmaq olmaz.
Gələk xaricdən həkimlərin dəvət olunması məsələsinə.
Öz gücümüzə arxalanırıqKubadan, İtaliyadan, Çindən, Türkiyədən, Rusiyadan həkimlərin ölkəmizə gəlməsinin çox sadə səbəbi var: bu ölkələrin koronavirusla mübarizədə daha geniş, çox və ciddi təcrübəsi var.  Onların Azərbaycanda çalışmaları həm pasiyentlərin müalicəsi, həm də həkimlərimizdə təcrübə mübadiləsi baxımından yetərincə önəmli məsələdir.
Bütün bunlarla yanaşı, koronavirus pandemiyası dönəmində iqtisadi və sosial problemlərin həlli də ön plandadır.
Təxminən 5 milyon insan dövlət tərəfindən geniş sosial paketlə təmin olunub. Büdcədən maliyyələşən təşkilatlarda və strukturlarda çalışan təqribən 800 min insanın böyük əksəriyyəti faktiki olaraq işləməsə də, aybaay maaşlarını alırlar. 760 min insana lazımi maliyyə dəstəyi göstərilib, onların iş yerləri qorunub.
Belə olmasaydı, onların hamısı işsiz qalacaqdılar.
Koronavirus bəlasının tüğyan etdiyi dönəmdə sosial-iqtisadi durumun stabil saxlanmasına çox böyük maliyyə resursları xərclənir və situasiya belə davam etdikcə, xərclənəcək.
Bu, sadəcə olaraq, görülmüş işlərin bir hissəsidir. Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib.
Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəklər. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcək. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir.
Öz gücümüzə arxalanırıqBu, çox böyük göstərici, nailiyyətdir.
Səbəb və nəticə bağlılığına baxsaq, durumun sadə izahı var: dövlətin siyasətinin mərkəzində vətəndaş durur. Heç bir beynəlxalq maliyyə strukturundan borc almadan, kreditlər götürmədən Azərbaycan bu işləri gördü, görəcək də.
Halbuki koronavirusun tüğyan etdiyi dönəmdə dövlətlərin tam əksəriyyəti daxili və xarici borc bataqlığındadır.
Biz isə öz gücümüzə arxalanırıq. Çünki düşünülmüş siyasət, hesablı strategiya və xalqın bacarığı, əzmi və istedadı bütün problemlərin həllini şərtləndirir.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

İqtisadiyyat     Baxılıb: 536   Tarix: 09 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Bakıda orta əməkhaqqı artdı

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib. xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-c

Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq

Novruz bayramı münasibətilə Quba Palace Hotel qonaqları üçün xüsusi bayram proqramı keçiriləcək. xəbər verir ki, 20–24 mart tarixlərində keçiriləcək tədbirlər musiqi, milli ənənələr və əyləncəni bir araya gətirərək qonaqlar

Əhaliyə şad xəbər! Sosial ödənişlər bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub. Bu barəd

Neft bahalaşır: İran gərginliyi Azərbaycanın enerji sektoruna necə təsir edəcək?

İran ətrafında gərginliyin uzanması Avropa İttifaqının enerji idxalını şaxələndirmək səylərini gücləndirə və bu proses Azərbaycanın enerji sektoruna investisiyaların artmasına səbəb ola bilər. Böyük Britaniyanın "Oxfor

Azərbaycanın ən çox bu ölkələrə neft ixrac edir - SİYAHI

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 10-dan artıq ölkəyə 3 milyon 600 min 307,4 ton həcmində neft ixrac olunub. Bu barədə   Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir. Hesabat dövründə Azərbaycanı

Müharibə ən çox zərbəni turizm sektoruna vurur: Bu şəhərlər çıxılmaz vəziyyətdədir

Yaxın Şərqdə genişlənən hərbi münaqişə region iqtisadiyyatına, xüsusilə turizm sektoruna ciddi zərbə vurur. . "Financial Times" qəzetinin Ümumdünya Səyahət və Turizm Şurasına (WTTC) istinadən yaydığı məlumata görə

Ölkə üzrə pensiyalar tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılmas

Nərimanovda premium mənzillər faizsiz kreditlə: "City Garden Narimanov"da satış davam edir

Şəhər mərkəzinə yaxın, geniş yaşıllığa malik, müasir memarlıq və yüksəktikinti standartlarını bir araya gətirən yaşayış kompleksi axtaranlar üçün "CityGarden Narimanov" diqqət çəkən ünvanlardan biridir. "N.Nərimanov"


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər son xeberler 2026 son xeberler bugun xeberler bu gun