Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir

Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdirAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında 30 il işğal altında qalan torpaqlarımızı Azərbaycan ordusu parlaq qələbə ilə azad etdi. Vətən müharibəsinin gedişində və ondan saonra da ən çox diqqətçəkən hadisələrdən biri Ali Baş Komandan, Prezident İlham Əliyevin dünyanın bir çox nüfuzlu qəzet və televiziya kanallarının müxbirlərinə verdiyi müsahibələrdir. Bu müsahibələr Azərbaycan Respublikasının Prezidentinin nə qədər yüksək səviyyəli və hərtərəfli siyasətçi olduğunu əyani surətdə təsdiq edir. 
Belə müsahibərdən biri də məhz 2021-ci il 28 sentyabr tarixində "France-24" televiziya kanalına olmuşdur. "Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa bilərsiniz". Bunu Prezident İlham Əliyev yuxarıda qeyd olunan kanala müsahibəsində demişdir. Bəli, sülh bəşəriyyətin həmişə arzu etdiyi dəyərlərdən olub. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial-iqtisadi və mədəni inkişaf deməkdir.
Təəssüflər olsun ki, sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın uzun illər boyu Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti regionda sabitliyə və əmin-amanlığa daimi təhdid və təhlükə olmuşdur. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilatların apardıqları uzun sürən sülh danışıqları isə heç bir səmərə verməmişdir. 2003-cü ildə Prezident seçiləndən Minsk qrupunun həmsədrlərini dəfələrlə qəbul edən İlham Əliyev Azərbaycanın öz haqq işində bir addım da olsa geri çəkilməyəcəyini və bir qarış da olsa ərazi güzəştinə getməyəcəyini qəti şəkildə bildirmişdi.
Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına və regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsinə nail olmaq məqsədilə 44 günlük uğurlu əks hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməklə BMT TŞ-nın qətnamələrinin icrasını təkbaşına təmin etdi. 
Hələ də münaqişəni yenidən alovlandırmaq istəyən qüvvələr var. Təbii ki, burada erməni lobbisinin və ermənipərəst qüvvələrin rolu çox böyükdür. Davamlı sülhü təmin etmək üçün Prezident İlham Əliyev genişmiqyaslı və uğurlu fəaliyyəti göstərib. 10 noyabr Bəyanatı yalnız Azərbaycanın maraqlarına xidmət etmir, eyni zamanda regionda sülhün daimi olmasına unikal imkanlar yaradır.
Müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransanın bu mövqeyi qəbuledilməzdir. Onlar bilməlidirlər ki, 30 ilə yaxın müddətdə Qarabağ problemini həll edə bilmədilər. Münaqişəni Ali Baş Komandan, Azərbaycan Ordusu və Azərbaycan xalqı həll etdi. Münaqişəni yenidən alovlandırmaq istəyən qüvvələrin yenidən bu mövqeyi sərgiləməsi Ermənistanın ziyanınadır. Ermənistan, həqiqətən, bu böhrandan, yaşadığı xaosun girdabından xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpası ilə bağlı təşəbbüslərinə qoşulmalıdır. Onlar bundan sonra heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan 1990-cı illərin zəif ordusu, zəif iqtisadiyyatı olan dövlət deyil. İndi güclü, qüdrətli şanlı ordumuz, hərtərəfli inkişaf edən iqtisadiyyatımız var. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. 
Bir sözlə qeyd etmək istəyirəm ki, Ermənistan dövləti başa bilməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir. Bu reallığı nə qədər tez dərk etsələr, onlar bir o qədər də tez regiondakı inteqrasiya proseslərinə qoşula bilərlər. Onlar Vətən müharibəsində Azərbaycan Ordusunun gücünü gördülər. Əks təqdirdə, unutmasınlar ki, "dəmir yumruq" yerindədir.
İlham Qayıbzadə,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının sədri 

Sosial       Tarix: 01 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat xeberler bu qun qarabag bugünkü son xəbərlər