PA-nn şöbə müdiri: Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır

PA-nn şöbə müdiri: Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdırPartiyaların yenidən qeydiyyatı tələb olunmayıb
"Siyasi partiyalar haqqında" yeni qanunun tətbiqindən sonra radikal müxalif mövqedən çıxış edən partiyaların qeyd etdiyi kimi, siyasi partiyaların yenidən qeydiyyatı tələb olunmayıb, sadəcə, üzvlərinin reyestrinin təsdiqi, nizamnamə və proqramlarının yeni qanuna uyğunlaşdırılması məsələləri ortaya çıxıb.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.
İki partiya məhkəmə qaydasında ləğv olunub
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, yeni qanunun tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyinə müraciət etmiş 26 siyasi partiyanın üzvlərinin reyestrləri qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilib: "Bu prosesdə 31 siyasi partiya dövlət siyasətini dəstəkləyən bəyanatlar verərək özlərini buraxdıqlarını bildiriblər. Tələb olunan sayda üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etmədiklərinə görə Azad Demokratlar Partiyası (sədr Sülhəddin Əkbər) və Azadlıq Partiyası (sədr Əhməd Oruc) məhkəmə qaydasında ləğv olunub".
İslahatlar siyasi sisteminin qorunmasına xidmət edir
Prezident Administrasiyasının rəsmisi deyib ki, yeni qanuna əsasən növbəti mərhələdə, 26 siyasi partiya Nizamnamə və Proqramlarını yeniləyərək Ədliyyə Nazirliyinə təqdim edib: "Hər il 15 yanvar tarixinədək partiyalar Ədliyyə Nazirliyinə yoxlanılmış siyahıları təqdim etməlidir. Təqdirəlayiq haldır ki, bu məsələ ilə bağlı ciddi çətinlik yaşanmayıb. Odur ki, reyestrlə bağlı olan bütün qərəzli şərhlər əsassızdır. Hər kəs bilməlidir ki, bu rəqəmlərin arxasında böyük əmək və siyasi iradə dayanıb. Onilliklər ərzində donmuş şəkildə saxlanılmış siyasi partiyalar ilə bağlı qanunvericilik bazasında nəhayət ki, islahatlar baş verdi. Zaman keçdikcə hər kəs onun şahidi oldu ki, Prezidentin təşəbbüsü ilə reallaşan bu islahatlar siyasətdə sağlam və peşəkar münasibətlərin bərqərar olunmasına və ölkənin siyasi sisteminin qorunmasına xidmət edir".
"Konfiqurasiya" sözünün mənasını bilməyən "siyasətşünaslar"...
Prezident Administrasiyasının şöbə müdiri yeni siyasi konfiqurasiya ilə əlaqədar qərəzli yanaşmalara da diqqət çəkib: "Bəzən sosial şəbəkələrdə elə mənzərəyə şahidlik edirik ki, "konfiqurasiya" sözünün mənasını bilməyən və bu sözü hətta doğru tələffüz edə bilməyən "siyasətşünaslar" "yeni siyasi konfiqurasiya"dan danışırlar. Beynəlxalq münasibətlər sistemində müşahidə olunan bütün təlatümlərə, habelə daxildən və xaricdən yaradılan süni maneələrə rəğmən əminliklə deyə bilərik ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinə şahidlik edirik. Məhz elə bu səbəbdən də siyasi həqiqətləri ölkəmizdə aparılan islahatların mahiyyətində axtarmaq lazımdır. Mərhələli şəkildə reallaşdırılan islahatlar siyasi sistemin immunitetini artırır və dəyişən reallıqlara effektiv adaptasiyanı təmin edir".
Partiyalar üçün 29 təmirli ofis ayrılıb
Prezident Administrasiyasının xatırladıb ki, 2020-ci ildən etibarən əlamətdar günlərdə Prezident İlham Əliyevlə siyasi partiyaların mütləq əksəriyyətinin rəhbərləri arasında qarşılıqlı bayramlaşma təcrübəsi yaranıb.
"Siyasi partiyaların fəaliyyəti ölkənin 160-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı və digər dövlət qurumları ilə əlaqələndirilib, ümumilikdə 88 qurultayın keçirilməsi üçün lazımi şərait yaradılıb ki, bunların 30-nun keçirilməsi nəticəsində müvafiq partiyaların legitim fəaliyyəti təmin edilib. Uzun fasilədən sonra 12 yeni siyasi partiyanın dövlət qeydiyyatından keçməsi təmin olunub, "Siyasi partiyalar haqqında" yeni Qanun qəbul edilib" deyə, şöbə müdiri qeyd edib.
Ədalət Vəliyev siyasi partiya rəhbərlərinin işğaldan azad edilən rayonlara 4 səfərinin təşkil edildiyini də xatırladıb.
Artıq bütün siyasi partiyaların dövrü olaraq MSK-ya maliyyə hesabatlarını təqdim etməyə başladığını vurğulayan şöbə müdiri qərargahı olmayan siyasi partiyalar üçün 29 təmirli ofis ayrılıb.
Radikallar yeni siyasi konfiqurasiyadan çəkinirlər
"Son beş ildə dövlətin müxtəlif təşəbbüsləri sayəsində öz siyasi alver və manipulyasiya imkanlarını itirmək təhlükəsi ilə üzləşən radikallar yeni siyasi konfiqurasiyadan çəkinirlər. Bunun da əsas səbəbi odur ki, əməkdaşlıq və açıq siyasi dialoq mühiti üzərində qurulan yeni siyasi konfiqurasiya cəmiyyətin ideoloji cəhətdən parçalanmasını mümkünsüz edir" deyə, şöbə müdiri qeyd edib: "Odur ki, siyasi dialoq mühiti milli birliyi təmin edən əsas və fundamental amillərdən biridir". / azxeber.com

Siyasi       Tarix: 27 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır. KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum azerbaycan son xeber bugun azerbaycanda son xeberler valyuta mezennesi banklar