PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır
Azərbaycan tərəflərin maraqlı olduğu təqdirdə Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.
O vurğulayıb ki, Bakı özünü regionun diplomatik paytaxtlarından biri kimi təsdiqləyib və mühüm beynəlxalq danışıqlara ev sahibliyi edir.
"Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna - red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail də Bakıda danışıqlar aparıb. Daha əvvəllər burada Rusiya və ABŞ arasında raket əleyhinə müdafiə sistemləri ilə bağlı strateji danışıqlar, həmçinin Rusiya-NATO danışıqları keçirilib. Son vaxtlar Bakıda bir çox digər diplomatik tədbirlər keçirilib. Biz hamını qəbul etməyə şadıq, lakin heç kimi məcbur edə bilmərik. Onlar özləri bizə müraciət etməlidirlər", - H.Hacıyev qeyd edib. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı