Pandemiya dövründə ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır - FOTO

Pandemiya dövründə ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır - FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birlikdə mütəmadi olaraq maarifləndirici monitorinqlər keçirir. Monitorinqlər zamanı sahibkarlıq subyektlərində metodiki göstərişlərin tələblərinə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələbləri izah edilir.
İctimai iaşə müəssisələrində xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir. Kafe-restoranlarda, mehmanxanaların və təhsil müəssisələrinin nəzdindəki ictimai iaşə sahəsində əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir.
İaşə məkanının giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Müəssisə daxilində iki metrlik sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.
Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında bir metrdən, masalararası məsafənin isə iki metrdən az olmaması şərtdir.
Eyni zamanda, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə müəssisəyə müştəri qəbulu ilə bağlı məlumatlar öz əksini tapmalıdır. İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin, onların dəyişikli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Həmçinin, masalarda ümumi istifadədə olan duzqabı, istiotqabı, salfetqabı kimi əşyalar əvəzinə tək istifadəlik duz, istiot, salfet və digər məhsullar qoyulmalıdır. Hər bir masada əllərin mütəmadi dezinfeksiyası üçün vasitələr mütləq olmalıdır.
Pandemiya dövründə ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır - FOTOPandemiya dövründə ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır - FOTOPandemiya dövründə ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır - FOTOPandemiya dövründə ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır - FOTO 

Sosial       Tarix: 09 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri valyuta mezennesi ensonxeberler metbuat