Pandemiyadan çıxışla bağlı həyata keçirilən epidemioloji tədbirlər iqtisadi artıma səbəb olub' - Mikayıl Cabbarov
"2021-ci ildə pandemiyadan çıxışla bağlı Azərbaycanda həyata keçirilən uğurlu epidemioloji tədbirlər və böhranın idarə edilməsi iqtisadi artıma səbəb olub".
Azxeber.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, ölkənin əsas hədəfləri, iqtisadi inkişafın dinamikası məhz 2020-ci ildə baş verən hadisələrdən qaynaqlanırdı: "2020-ci ildə koronavirus pandemiyasına görə, qlobal miqyasda iqtisadiyyatda böhran yaşanırdı. Bu böhranı bütün dünya iqtisadiyyatı eyni vaxtda yaşayırdı. Bizim əsas məqsədimiz 2020-ci il üçün ölkə iqtisadiyyatının dərin böhrana enməməsi, tənəzzülün qarşısının alınması, iş yerlərinin qorunub-saxlanması, həmçinin iqtisadiyyatın qorunub-saxlanması idi".
M.Cabbarov qeyd edib ki, bütün bunları nəzərə alaraq 2020-ci ildə Azərbaycanda kifayət qədər geniş və əhatəli iqtisadiyyata dəstək proqramı işə salınıb:
"Muzdlu işçilərin əməkhaqlarına dəstək proqramları həyata keçirilib. 1 miyard manata yaxın kredit portfeli ilə əhatə olunan kiçik və orta sahibkarlara faiz subsidiyaları tətbiq edilib, dövlətin zəmanəti ilə verilən güzəştli kreditlərin həcmi artırılıb".

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR