Pandemiyadan sonra turizm ölkə iqtisadiyyatında prioritet sahə statusunu qoruyacaq - FOTO

Pandemiyadan sonra turizm ölkə iqtisadiyyatında prioritet sahə statusunu qoruyacaq - FOTOPandemiyadan sonra turizm ölkə iqtisadiyyatında prioritet sahə statusunu qoruyacaq - FOTO
"Qlobal pandemiyanın turizm sektorunda yaratdığı çətinliklər və məhdudiyyətlər olmasaydı, turizm sahəsində daha ciddi uğurlardan və nəticələrdən danışmaq olardı".
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2020-ci ildə görülən işlərlə bağlı hesabat tədbirində məlumat verib.
O bildirib ki, post-pandemiya dövründə turizm sektoru yenə də öz aktuallığını saxlamaqla, ölkə iqtisadiyyatında prioritet sahə statusunu qoruyacaq və yeni çağırışlara uyğun inkişaf edəcək:
"Xüsusilə qeyd olunmalıdır ki, ötən il Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizin geniş turizm potensialı var. Bu isə turizm sahəsində fəaliyyət göstərən biznes subyektləri üçün geniş perspektivlər vəd edir. Bu istiqamət üzrə KOBİA, Dövlət Turizm Agentliyi və bu sahədə fəaliyyət göstərən assosiasiyalar birgə əməkdaşlıq formatında səylərini birləşdirməlidir".
Onlayn formatda təşkil olunan tədbirdə qeyd edilib ki, KOBİA işğaldan azad edilmiş ərazilərə yerli və xarici investisiyaların cəlb edilməsi, zəruri dəstək tədbirlərinin, əlaqələndirmənin həyata keçirilməsinə və birgə əməkdaşlığa hazırdır.
Tədbirdə həmçinin, ötən il turizm sektorunda KOBİA-nın Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirdiyi layihələr, o cümlədən, Balaxanı qəsəbəsinin yeni turizm məkanına çevrilməsi üçün KOBİA, Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC-nin birgə əməkdaşlığı, Astara şəhərində fəaliyyətə başlamış və post-pandemiya dövründə xüsusilə daxili və sərhədyanı turizmin inkişafında əhəmiyyətli olacaq turizm kompleksi, birgə maarifləndirmə tədbirləri barədə məlumat verilib.
Eyni zamanda ötən il İstanbulda keçirilmiş "MUSİAD Expo 2020" sərgisində KOBİA-nın təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialının nümayiş olunduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirdə Milli Məclisin deputatı, İqtisadiyyat Nazirliyinin, KOBİA-nın, Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun və "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndələri və turizm sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Pandemiyadan sonra turizm ölkə iqtisadiyyatında prioritet sahə statusunu qoruyacaq - FOTO

Turizm       Tarix: 15 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag son xeber xeberler bu qun xeberler az