Park Cinema'da "Səkkiz" serialının yayımı dayandırıldı
"Park Cinema"da "Səkkiz" serialının yayımı dayandırılıb.
azxeber.com xəbər verir ki, bu haqda kinoteatrın sosial şəbəkə hesabında məlumat verilib.
Hazırda serialın yeni seansları ləğv olunub.
Yayımın dayandırılma səbəbi ilə bağlı "Park Cinema" və layihə tərəfi tərəfindən rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, serialın ilk bölümündə personajlardan birinin açıq söyüş ifadələrindən istifadə etməsi zamanı, həmin anların texniki vasitələrlə məhdudlaşdırılmaması qanun pozuntusu kimi qiymətləndirilib.
Məhz bu səhnələr Audiovizual Şuranın müdaxiləsinə səbəb olub.
Qurum həmin kadrları "Media haqqında" qanunun tələblərinə zidd sayıb. Nəticədə "ARB" kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.
Qeyd edək ki, "Səkkiz" serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir. Layihənin quruluşçu rejissoru və baş rolun ifaçısı tanınmış aktyor Hikmət Rəhimovdur. Serial 18+ yaş məhdudiyyəti ilə yayımlanır.
Ekran işi məktəbli qızının intiharından sonra baş verən hadisələr fonunda insan psixologiyasının qaranlıq tərəflərini ön plana çıxarır.
Aysel
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Tanınmış reperi həbsxanada döydülər
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır