Parlamentdə təmsil olunan siyasi partiyalar bəyanat yaydı - Pandemiya ilə bağlı

Parlamentdə təmsil olunan siyasi partiyalar bəyanat yaydı - Pandemiya ilə bağlıParlamentdə təmsil olunan siyasi partiyalar bəyanat yaydı - Pandemiya ilə bağlı
Milli Məclisdə təmsil olunan siyasi partiyalar COVID-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi fəsadlarının aradan qaldırılması tədbirləri ilə əlaqədar bəyanat imzalayıb.
Trend-in məlumatına görə, bəyanatı Yeni Azərbaycan Partiyası, "Ana Vətən" Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası imzalayıb.
Sənəddə deyilir:
"Biz, bu bəyanatı imzalayan siyasi partiyalar COVID-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi, yüz minlərlə insanın həyatını itirdiyi, pandemiyanın nəticəsində son onilliklərin ən dərin böhranının meydana gəlməsi təhlükəsinin yarandığı, sosial və iqtisadi həyatın çox ciddi təsirlərə məruz qaldığı, pandemiyanın fəsadlarının Azərbaycanda da özünü göstərdiyi bir zamanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, meydana çıxan sosial-iqtisadi problemlərin aradan qaldırılması sahəsində ölkəmizdə həyata keçirilən kompleks və qabaqlayıcı tədbirlərin əhəmiyyətini və onların müsbət nəticələrinin əldə olunmasında siyasi partiyaların məsuliyyətini dərk edərək, milli birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq, aşağıdakıları bəyan edirik:
1. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə və rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən:
a) COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirləri;
b) virusa yoluxma hallarının və təhlükəsinin azaldılması məqsədilə hərəkətin məhdudlaşdırılması və xüsusi karantin rejiminin tətbiqini;
c) xəstəliyə yoluxanların müalicəsinin təşkili ilə əlaqədar operativ və kompleks işləri;
d) sərhədlərin bağlanması nəticəsində xarici ölkələrdə qalmış çoxsaylı Azərbaycan vətəndaşlarının, o cümlədən xaricdə təhsil alan tələbələrin dövlət hesabına vətənə qaytarılmasını;
e) əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində əlavə tədbirləri;
f) aztəminatlı ailələrin üzvləri olan və ödənişli təhsil alan tələbələrin pandemiyaya qarşı mübarizə dövründə təhsil haqqını ödəməkdən azad edilməsini;
g) pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər nəticəsində əmək fəaliyyətini dayandırmış işçilərin sosial müdafiəsi ilə əlaqədar dövlət dəstəyi proqramını;
h) fəaliyyətini müvəqqəti dayandırmış kiçik və orta sahibkarlara dəstək çərçivəsində həyata keçirilən layihələri;
i) iqtisadiyyatın bütün sahələrinin pandemiyanın mənfi təsirindən qorunması istiqamətində çoxşaxəli proqramların işlənib hazırlanmasını;
j) makroiqtisadi sabitliyin qorunması yönündə görülən kompleks tədbirləri;
k) pandemiyaya qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün böyük həcmdə dövlət vəsaitinin ayrılmasını;
l) COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə əhalinin səfərbər olunmasını, o cümlədən "Koronavirusla Mübarizəyə Dəstək Fondu"nun təsis edilməsini;
m) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş yaşı 65-dən yuxarı olan 176 nəfərin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə əfv olunmasını müsbət qiymətləndiririk.
2. Təmsil olunduğumuz təşkilatların üzvlərini:
a) hökumətin həyata keçirdiyi zəruri və təxirəsalınmaz qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə etimadla yanaşmağa, müəyyən edilmiş karantin rejiminə tam riayət etməyə;
b) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində sosial məsuliyyət nümayiş etdirməyə;
c) pandemiyaya qarşı mübarizənin vacib şərti olan milli birlik və həmrəylik çağırışlarına qoşulmağa;
d) təşkilat vəzifələrinin yerinə yetirilməsi məqsədilə istənilən toplantılardan imtina etməyə, partiyadaxili fəaliyyətdə və ünsiyyətdə yalnız müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməyə səsləyirik.
3. Əhali arasında təşviş yaratmaq məqsədilə sosial şəbəkələrdə koronavirus xəstəliyi ilə əlaqədar şayiələrin, təxribat xarakterli məlumatların yayılmasını qətiyyətlə pisləyir və müvafiq səlahiyyətli orqanlar tərəfindən belə hallara qarşı qanun çərçivəsində ən ciddi tədbirlərin görülməsini xahiş edirik.
4. Xarici ölkələrdə yerləşdirilmiş və şübhəli məqsədlərə xidmət göstərən sosial media vasitələrində hökumətin COVID-19 pandemiyasının qarşısının alınması sahəsində tədbirlərinə etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da əhalinin sağlamlığının qorunması vəzifələrinin yerinə yetirilməsinə bilərəkdən ziyan vuran təbliğatı qətiyyətlə pisləyir, bu cür təhlükəli antiazərbaycan təbliğatına son qoyulmasını tələb edirik.
5. Koronavirusla mübarizə sahəsində zəruri məhdudlaşdırıcı tədbirlərin tərkib hissəsi kimi xüsusi karantin rejiminin tətbiq edilməsinin və onun insanların sağlamlığına ciddi təhlükə yaradılmasına səbəb olan kobud qanun pozuntusuna görə, sanksiyalar tətbiq edilməsinin bəzi qruplar tərəfindən bilərəkdən siyasiləşdirilməsini yolverilməz hesab edirik.
6. Koronavirus xəstəliyinin yaratdığı indiki durumdan siyasi təbliğat məqsədləri üçün istifadə olunmasına, pandemiyanı siyasi mübarizə alətinə çevirmək, pandemiyadan milli maraqlardan uzaq, dar siyasi niyyətlər naminə faydalanmaq cəhdlərinə qəti etirazımızı bildirir, bu cür cəhdləri siyasi mədəniyyət və etika normaları ilə bir araya sığmayan hərəkət kimi qiymətləndiririk.
7. Bütün siyasi partiyaları, ictimai təşkilatları və vətəndaş cəmiyyəti qurumlarını COVID-19 pandemiyasının və onun yarada biləcəyi sosial-iqtisadi nəticələrin tezliklə aradan qaldırılması naminə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirləri dəstəkləməyə, həmin tədbirlərin uğurla həyata keçirilməsinə öz imkanları daxilində kömək göstərməyə dəvət edirik.
Yeni Azərbaycan Partiyası
"Ana Vətən" Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Böyük Quruluş Partiyası
Demokratik İslahatlar Partiyası
Demokratik Maarifçilik Partiyası
Vəhdət Partiyası
Vətəndaş Birliyi Partiyası". /oxu.az

Siyasi       Tarix: 18 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov: Rusiya ilə münasibətlər tam normallaşıb

Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik. xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib

Rusiya elitası Bodruma nə üçün yığıldı? - SENSASİON DETALLAR

Türkiyənin Egey dənizi sahilləri, xüsusilə Bodrumun turizm mərkəzləri son günlər Rusiyanın ən varlı simalarının və Kremlin yüksək eşalonuna yaxın şəxslərin lüks gəmilərinin dayanacağına çevrilib. Bölgədəki müşahidələr təsdiqləyi

İlham Əliyev Trampa təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. -ın məlumatına görə, bununla bağlı dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Breitbart"

Azərbaycan və Braziliya şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edib - FOTOLAR 

Nyu-Yorka işgüzar səfər çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Braziliyanın Şəhərlər naziri Antônio Vladimir Moura Lima ilə görüşüb. xəbər verir ki, görüş zamanı Azərbaycan, Braziliya

ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama

ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, İran Silahlı Qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbələr endirəcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpus

Pekin Trampın ittihamlarını rədd etdi: ABŞ-a ÇAĞIRIŞ

Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Pekinin ABŞ seçkilərinə müdaxilə etdiyi barədə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edib. xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jia

Haaretz: İsrail "erməni soyqırımı"nın tanınması ilə bağlı səsverməni buna görə təxirə salıb

İsrail hökumətinin ötən ay təsdiqlədiyi "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar Knessetin səsverməsinə çıxarılmayıb. . bildirir ki, Haaretz qəzetinin məlumatına görə, buna Azərbaycan tərəfi ilə aparıla

Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA

Müctəba Xamenei İrandan kənarda olduğu müddətdə Tehranda hakimiyyət uğrunda mübarizə yeni səviyyəyə qalxır. İsrail təhlükəsizlik xidmətindəki mənbənin məlumatına görə, İranın ali lideri Müctəba Xamenei ölkə rəhbərliyi daxilind

Britaniyanın yeni baş naziri o olacaq

Böyük Britaniyada Endi Börnhem Leyboristlər Partiyasının lideri seçilib və onun namizədliyi baş nazir postuna irəli sürüləcək. report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Şabana Mahmud bildirib. "Bi


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xeber metbuat xeberleri bugünki xəbərlər xeberler bugun