"Paşinyan Azərbaycanla məxfi razılaşmaya gedib" - Vaqe Ovannisyan

"Azərbaycan prezidentinin nümayəndəsi Elçin Əmirbəyovun açıqlamaları Ermənistanın can verməkdə olan siyasi həyatında hay-küyə səbəb olub".
KONKRET.az xəbər verir ki, bu barədə "Alternativ layihələr" qrupunun üzvü, erməni siyasi şərhçi Vaqe Ovannisyan sosial şəbəkə hesabında yazıb.
O, Qərbin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında ictimaiyyətdən gizlədilən təmaslarının qurulduğuna və müəyyən razılaşmaların əldə olunduğuna eyham vurub:
"Məndə ağlabatan versiya var ki, həqiqətən də strateji razılaşma əldə olunub. İlham Əliyev Paşinyan hakimiyyətinə özünü qorumağa kömək edəcək. Qərb öz strateji maraqları, Ermənistan isə Nikolun hakimiyyəti naminə danışıqlar aparırdı. Məhz danışıqların əsas incəliyi razılıq əldə etməyə imkan verdi. Bu texnoloji proses yəqin belədir: Ermənistanda parlament seçkiləri öncəsi Azərbaycan Nikola sülh emosiyalarını erməni cəmiyyətinə "sırımaq" imkanı verir. Bəlkə də hansısa kağız parçasında yumşaldılmış ritorika və Ermənistanla yekun sülhün bərqərar olması ilə bağlı ictimai vədlər yer alacaq".
O, daha sonra yazıb ki, bütün bunların müqabilində Azərbaycan çox güman ki, istədiyini alacaq, strateji tələblərini masaya qoyacaq:
"Zəbgəzur dəhlizi məsələsi, anklavların (Qazaxın 3, Naxçıvanın 1 kəndi) qaytarılması və s. həll olunacaq. Hadisələrin müəyyən inkişafından sonra isə Azərbaycan razılaşmaları pozacaq. Yaxın Şərqdə gərginlik kəskin şəkildə artarsa və ya Rusiya-Ukrayna müharibəsinin miqyası böyüyərsə, o zaman Azərbaycan hakimiyyəti vəziyyəti istədiyi səmtə yönəldəcək. Qarşıdakı mərhələdə bizim vəzifəmiz ağılsız (ən yaxşı halda emosional) Ermənistanı siyasi Ermənistana çevirməkdir".
Rəsmiyyə Şərifova
KONKRET.az

Siyasi       Tarix: 16 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber az son xeberler 2026 xeber.az son xeberler cəbhədən son xəbərlər