Paşinyan: Ermənistan legitim olaraq ona məxsus olmayan ərazilərdən əl çəkməlidir

Paşinyan: Ermənistan legitim olaraq ona məxsus olmayan ərazilərdən əl çəkməlidirErmənistan Baş naziri Nikol Paşinyan ötən gün Tavuş vilayətinə səfər edərək Azərbaycanla bu ərazidə baş tutacaq delimitasiya və demarkasiya prosesləri barədə yerli sakinlərlə danışıb.
Baş nazir Əskipara kəndində yerli sakinlərlə, eləcə də Bağanisdə sakinlərlə görüş keçirib, daha sonra Kirants (Güney) kəndinə baş çəkib. Bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.
Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə toxunub.
Baş nazir Əskiparadakı çıxışında Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinin praktiki mərhələyə qədəm qoyduğunu deyib:
"Mən sizinlə hansı praktiki sualı müzakirə etməyə gəlmişəm? Söhbət ondan gedir ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Delimitasiya və demarkasiya ümumilikdə və xüsusilə Ermənistan Respublikasına münasibətdə nə deməkdir? Bu, Ermənistan Respublikasının başladığı yerdə gedib işarələmək deməkdir. Hamımız bilirik, siz məndən daha yaxşı bilirsiniz sərhədlər haradan başlayıb, harada bitir".
Baş nazir iştirak edənlərə Ermənistanın konturlarını göstərib və qeyd edib ki, bu, Ermənistan Respublikasıdır: "Delimitasiya və demarkasiya prosesi belədir: delimitasiya komissiyaları gedib Ermənistan Respublikasının haradan başladığını müəyyən etməlidir və bu, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinə çevrilməlidir. Niyə bu barədə danışırıq və niyə Əskiparada bu məsələni müzakirə etməyə gəldik? Çünki elə məsələlər var ki, onların üzərində müzakirə aparmalıyıq. Məsələ ondadır ki, görürük ki, biz əsl delimitasiya və demarkasiya prosesinə bu hissədən başlaya bilərik: Baqanisdən Berkaberə qədər".
O deyib ki, demarkasiya sərhədin koordinatlarını xəritədə müəyyən etmək, delimitasiya isə yerlərdə bu prosesi aparmaqdan ibarətdir. O, Ermənistan sərhədlərinin harada başlayıb harada bitməsini müəyyən etməli olduqlarını deyib:
"Bizim üçün Ermənistanın ərazi bütövlüyünün möhkəmləndirilməsi vacibdir. Bizim bu gün regionun bir sıra ölkələri ilə problemimiz ondan ibarətdir ki, biz onlardan razılaşmaya əsasən Ermənistanın ərazi bütövlüyünü tanımasını istəyirik. Amma başqalarının bunu tanımasını istəyiriksə, ilk növbədə özümüz tanımalıyıq. Gəlmişəm deməyə ki, gələcəyimizi qurmağın yeganə yolu budur".
O, hazırda heç bir razılaşmanın, heç bir qərarın olmadığını deyib.
Paşinyan Ermənistanın legitim olaraq özünə məxsus olanı tələb etmək istədiyi halda, legitim olaraq ona məxsus olmayandan əl çəkməli olduğunu deyib.
O, Azərbaycanın ilk növbədə 4 anklav olmayan kəndi ilə bağlı məsələni qaldırdığını deyib. Hələlik söhbət 4 qeyri-anklav kəndindən gedir.
Paşinyanın Ermənistanın müharibəyə imkan verməməli olduğunu diqqətə çatdırıb:
"Siyasətimiz ondan ibarətdir ki, biz müharibəyə imkan verməməliyik, müharibənin başlamasına imkan verməməliyik. Və həm də bu səbəbdən biz Ermənistan Respublikasının bu ərazilərdə sərhədini dəqiqləşdirmək qərarına gəldik və bunu təkcə Ermənistan Respublikası naminə deyil, həm də konkret olaraq Voskepar (Əskipara) kəndi üçün, Kirants (Güney) kəndi, bu kəndlərin təhlükəsizliyini təmin etmək üçün edirik".
Sonra Baş nazir sakinlərin delimitasiya və demarkasiya, infrastruktur, mümkün problemlər və onların həlli yolları ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
Voskepar (Əskipara) və Kirants (Güney) yaşayış məntəqələrinin nümayəndələrinin mütəmadi olaraq sərhədlərin delimitasiyası və təhlükəsizliyi komissiyasının üzvləri ilə görüşərək proses haqqında məlumat mübadiləsi və mövcud məsələlərin müzakirəsi barədə razılıq əldə olunub.
///APA  / azxeber.com

Siyasi       Tarix: 19 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda ensonxeberler xəbər xəbərlər.com