Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaqErmənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib.
"Sazişə istinad etməyək, bəs nə edək? Artıq saziş Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun hesab edilib və təsdiq üçün Milli Məclisə göndəriləcək", – Paşinyan qeyd edib.
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, bu layihə Azərbaycanın yaratdığı geosiyasi vəziyyətlə bağlıdır:
"Təbii ki, bu təşəbbüs də rəsmi Bakıdan gəlir. Zəngəzur dəhlizi anlayışını biz 10 noyabr 2020-ci il tarixində qəbul olunmuş üçtərəfli bəyanatdan bildik. 9-cu bənddə bu haqda ətraflı məlumat verilib.
Ermənistan, təbii ki, buna hazır idi. Ermənistanın Baş naziri Nikol Paşinyan həmin vaxt sənədə qol çəkibsə, deməli, onun bundan xəbəri var. Əlbəttə ki, bu marşrut regionumuzun qlobal inteqrasiyasında böyük rol oynayacaq.
Ermənistanın başlatdığı müharibə ucbatından uzun müddət regionumuzun inteqrasiya imkanları ilə bağlı məhdudiyyətlər yaranmışdı. Azərbaycan buna rəğmən fəal xarici siyasət yürüdüb, yeni layihələr ərsəyə gətirirdi. Ermənistan da bənzər addımlar atsaydı, bəlkə də, bu proses daha erkən baş verərdi. Lakin Ermənistan öz xeyrindən qaçırdı.
İndi də ABŞ layihəyə qatıldıqdan, Vaşinqton görüşü baş tutduqdan sonra bəlli oldu ki, beynəlxalq qüvvələrin də bu prosesdə marağı var.
Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. 17 bəndlik öhdəlik var və İrəvan hələlik hərəkətə keçməyib. Biz indi görürük ki, Ermənistan rəhbərliyi özünü təmizə çıxarmağa çalışır. Bununla belə, İrəvanın başqa yolu yoxdur".

Siyasi       Tarix: 18 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentind

Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə gəliblər.  AZƏRTAC-a istinadən xəbər verir ki, diplomatlar dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastı

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. KONKRET.azxəbə

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun son xeberler bu gun cebheden xeber en son xeberleri