Paşinyan yenə SƏRSƏMLƏDİ – Sülh müqaviləsi olmayacaq

Paşinyan yenə SƏRSƏMLƏDİ – Sülh müqaviləsi olmayacaqErmənistanın baş naziri Nikol Paşinyan yenidən Ermənistan Konstitusiyası, daha dəqiq desək, qonşulara qarşı ərazi iddialarının məzmunu ilə bağlı özünün "X" sosial hesabında paylaşım edib: "Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Konstitusiyanın maddələrində təsbit olunmuş bəyannamənin müddəalarına aiddir".
KONKRET.az xəbər verir ki, Paşinyan bununla  bir daha bəyan edib ki, Ermənistanın konstitusiya ilə bağlı heç bir problemi yoxdur. Eyni zamanda, sülh prosesinin bu mərhələsində irəliləyiş yoxdur.
Paşinyan və komandası indi 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlıqla məşğuldur. Çox güman ki, o, seçkilərdə yenidən qələbə qazanmaq və baş nazir kürsüsündə qalmaq üçün hər hansı kəskin qərarlardan qaçacaq. Deməli, 2026-cı ilə kimi Paşinyanın hər hansı güzəştə gedəcəyini gözləmək sadəlöhvlük olardı.
Paşinyanın konstitusiya islahatının 2027-ci ildə, yəni seçkilərdən sonra referenduma çıxarılacağını açıqlaması səbəbsiz deyil. Eyni zamanda, Paşinyan bəzi məsələlərdə tələskənliyə yol verib. O, referendumda Müstəqillik Bəyannaməsinə istinadın götürülməsi məsələsinə baxılmayacağını deməklə bir qədər tələsib. Bəs tərəflərin 2027-ci ilə qədər gözləməyə vaxtı varmı? Otuz ilə yaxın gözləyən Azərbaycan üçün daha iki il elə də böyük zaman deyil. Burada əsas məsələ hansısa kağız parçasına atılan boş imza deyil, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini özündə ehtiva edən konkret addımlar olmalıdır. Amma bu, bir qədər ciddi məsələdir. Ermənistan vaxt udmaqla məşğuldur və revanşa hazırlaşır.
Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran Ermənistan ciddi şəkildə silahlandırılır. İndi Fransa və Hindistandan alınan hücum silahlarına arxalanan Nikol çox güman ki, konstitusiyada problemli sahələri saxlayacaq. Yəni Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyəcək.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 12 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler 2026 cəbhədən ən son xəbərlər cəbhədən son görüntülər bugunun xeberleri