Paşinyandan kommunikasiyalarla bağlı VACİB AÇIQLAMA: "Hazırıq"
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır.
KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.
Paşinyan bildirib ki, Bakının irəli sürdüyü növbəti sülh sazişi təklifləri prosesin irəlilədiyini göstərir.
"Biz sülh sazişinin artıq 12-ci redaksiyasını aldıq və bu, prosesin dalana dirənmədiyini sübut edir. İndi öz təkliflərimizi təqdim etməliyik, proses davam edir. Digər tərəfdən, sərhədin delimitasiyası üzrə komissiyalar da işləyir. Onlar bu il əyani və onlayn formatda görüşüblər. Biz məsələnin həlli ilə bağlı təklif irəli sürmüşük və ümid edirik ki, Azərbaycan bu qərara müsbət yanaşacaq", – Ermənistanın baş naziri qeyd edib.
Onun sözlərinə görə, bu təklif Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasını nəzərdə tutur və bu xətt Qərbi Azərbaycanla Naxçıvan arasında əlaqə yaratmaq üçün Ermənistanın suveren ərazisindən keçəcək.
"Hər iki ölkə bir-birinin ərazisindən keçən dəmir yollarından beynəlxalq yükdaşımalar üçün istifadə imkanı əldə edəcək", – Paşinyan vurğulayıb.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı