Paşinyanın ABŞ səfərində diqqətçəkən 4 vacib MƏQAM: İrəvan bu məsələdə Bakı ilə ayaqlaşmağa çalışıb

Paşinyanın ABŞ səfərində diqqətçəkən 4 vacib MƏQAM: İrəvan bu məsələdə Bakı ilə ayaqlaşmağa çalışıbErmənistanın xarici siyasətinin Qərbə doğru yönəlməsi Cənubi Qafqazdakı vəziyyətin müzakirəsi kontekstində ən aktual mövzulardan biri olaraq qalır. Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri bu məsələyə bir daha toxunmaq, İrəvanın Qərbə üz tutmasının miqyasını anlamaq və bu dəyişikliklərin həqiqət xəttini keçib-keçmədiyi sualına cavab vermək üçün münasib fürsətdir.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Sergey Markedonov deyib. O hesab edir ki, Nikol Paşinyanın Vaşinqtona səfəri üçün çox ciddi səbəbləri var. Markedonov ABŞ-da Dövlət Departamentindən müstəqil bir struktur olan və ikitərəfli razılaşma əsasında fəaliyyət göstərən Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının olmasına xüsusi diqqət çəkib. Paşinyan qeyd edir ki, Ermənistan mahiyyətcə monodini ölkədir və dini mövzular ABŞ-a səfər etmək üçün yalnız səbəbdir. Reallıqda Paşinyan bir neçə problemi həll etməyə çalışıb:
1. Əvvəlcə Ermənistanın baş naziri Donald Trampın komandasına göstərməyə çalışıb ki, keçmiş prezident Co Baydenlə fəal əməkdaşlıq şəxsi maraq məsələsi deyil. ABŞ-la əməkdaşlığı sistemli şəkildə inkişaf etdirmək zərurətidir. Ekspert Paşinyanın Tramp komandasına Cənubi Qafqaza daha çox diqqət yetirmək üçün emosional müraciətini təsadüfi hesab etmir.
2. Ermənistan rəhbərliyi Vaşinqtonda hazırkı administrasiyanın rəğbətini qazanmaq üçün Bakı ilə ayaqlaşmağa çalışır.
3. Ermənistanın baş nazirinin təşəbbüsü ilə həyata keçirilən şaxələndirməyə kimin münasibətindən asılı olmayaraq bəzi məsələlər dəqiqləşdirməlidir. Xüsusilə Rusiya tərəfi Paşinyanın Ermənistanın təhlükəsizlik mənbələrini Vaşinqtonda, Dehlidə, Tehranda axtarmasına diqqət yetirməlidir. Təbii ki, Paşinyanın bütün güclərdən eyni şəkildə istifadəsi qeyri mümkündür. Amma hökumətyönlü mənbələri oxumaq kifayətdir ki, həmin mətnlərin müəllifləri Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi ilə bağlı Tehrandan Bakıya gələn son siqnalları hansı məmnuniyyətlə qeydə aldıqları aydınlaşsın.
4. Nəhayət, Paşinyan Amerika platformasından başqa qüvvələrə siqnallar göndərməyə çalışıb".
Markedanov başqa qüvvələr deyəndə Bakı və Ankaranı nəzərdə tutur. Daim erməni mətbuatının danışan dili olan rusiyalı politoloq, mütəmadi olaraq Azərbaycanın əleyhinə fikirlər bildirir və Paşinyanın siyasətini bəyənmədiyinə eyham vurur. Onun Ermənistandakı bəzi siyasi güclərin mövqeyini müdafiə etməsi göstərir ki, Paşinyanın Qərb siyasətinin qəti tənqidçisidir. İndi yenə siyasi münəccimliyə başlayan Markedonov öz baxışlarını ortaya qoyub.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 08 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler cəbhədən ən son xəbər xəbər az krimnal bugun