Paşinyanın Rusiya və Qərb oyunu: Nikol kimə "stavka" edəcək? - PƏRDƏARXASI MƏQAMLAR

Paşinyanın Rusiya və Qərb oyunu: Nikol kimə Ermənistanda baş verən hadisələr, ictimai-siyasi durum, cəmiyyətdə parçalanma, siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi erməni cəmiyyətində ciddi çatlar yaradıb. Cənubi Qafqazda mövqeləri zəifləyən İrəvan müxtəlif siyasi qanadlara "stavka" etməyə çalışır. Paşinyanın okeanın o tayından əliboş qayıtması, ABŞ rəsmiləriylə görüşə bilməməsi Ermənistanda birmənalı qarşılanmayıb. Amerikadan qayıdandan dərhal sonra, yerli publikanı çaşdırmaq üçün İrəvan küçələrində ictimai nəqliyyatda şou göstərən Paşinyan, guya daim xalqın arasında olması haqqında saxta imic formalaşdırmağa çalışıb.
Avtobusdakılardan hər beş nefərdən dördünün Paşinyanın mühafizəçiləri olması heç kəsdə şübhə yaratmır və baş nazirin İrəvan küçələrində sərbəst gəzməsi də imitasiya xarakterlidir. Bunlar hamısı Paşinyanın ABŞ səfərindən sonra düşünülmüş şou idi. Ardınca isə Fransaya üz tutan Ermənistanın baş naziri Makronla müzakirə etmək üçün xeyli materal toplayıb. O, Tramp administrasiyasının onu qəbul etməməsini, Aavrpa İittifaqına üzvlüklə bağlı Rusiyadan gələn təpkiləri, Azrəbaycanın şərtləri qarşısında söz tapa bilməməsini Makrona çatdıracaq və Parisdən yardım istəyəcək. Böyük ehtimalla Fransanın silah tədarükü də davam edəcək və Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının sayı da artırılacaq.
Ermənistan mətbuatında Paşinyanın hazırkı siyasətinə münasibət birmənalı deyil. Siyasi ekspertlər fərqli rakurslardan məsələni təhlil edir və bildirirlər ki, Paşinyanın Rusiya və Qərblə apardığı oyun heç bir çərçivəyə sığmır. Politoloq Norayr Dunamalyan bildirib ki, Ermənistanın qərbyönlü addımları Rusiyanın maraqlarına ziddir. Bununla belə, ikitərəfli münasibətlərdə tezliklə hər hansı dönüşün baş verəcəyi ehtimalı azdır. Digər tərəfdən, ABŞ və Aİ arasında münasibətlərin soyuması və avrointeqrasiya böhranı fonunda Ermənistan tərəfi özü də xarici şəraiti əsas gətirərək, bu prosesləri ləngidə bilər. Paşinyanın sülh müqaviləsiylə bağlı bütün məqamları razılaşdırmağa hazır olması bəyanatları fonunda Azərbaycan tərəfi müəyyən şərtlərə əməl olunmasını gözləyir. Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılacağını da bildirir.
Daha sonra Rusiya ilə Azərbaycan arasında yaranan böhrana toxunan erməni siyasi şərhçi bildirib ki, Ermənistan bundan maksimum istifadə etməlidir. Bulanıq suda balıq tutmağı öyrənən ermənilər Bakı və Moskva arasında yaranan mübahisədən yararlanmağa cəhd edir. Eyni zamanda tərəflər arasında münasibətlərin daha da kəskinləşməsini gözləyirlər. İkinci Qarabağ müharibəsindən sonra Rusiyadan incik düşən Ermənistan Rusiya-Azərbaycan münasibətlərini diqqətlə izləyir və hər ifadədə xüsusi siyasi çalar axtarır.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 11 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler cəbhədən ən son xəbər xəbər az krimnal bugun