Paşinyanın yeni "dəhliz oyunu" - Nikol Bakıya "təklif" verməklə nəyə nail olmaq istəyir?

Paşinyanın yeni Ermənistan Zəngəzur dəhlizi məsələsində manipulyasiya edir və Nikol Paşinyan hərdən bir bəyanatla erməni cəmiyyətini çaşdırır. Əslində 2020-ci 10 noyabr bəyanatının 9-cu bəndinə uyğun olaraq dəhliz açılmalıdır. Ancaq Ermənistan havadarlarının dəstəyindən istifadə edərək öhdəliyi yerinə yetirmir. Paşinyan hər dəfə kommunikasiyaların açılmasından danışır və müxtəlif yalanlar uydurur. Budəfəki bəyanatında isə bildirib ki, Ermənistan yolu açmağa hazırdır. Ancaq onun təklifləri bir qədər real görünmür. Əslində Paşinyanın təklifləri nədən ibarətdir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Samir Hümbətovun sözlərinə görə, Paşinyan çalışır ki, bu cür təkliflərlə zaman qazansın:
"Amma məsələ burasındadır ki, Azərbaycanın tələbi də ortadadır və qəti şəkildə bildirir ki, Zəngəzur dəhlizi açılmalıdır. Düzdür, indi Paşinyan və onun komandası iddia edir ki, əgər biz həmin əraziyə dəhliz statusu versək nəticədə buralar əlimizdən çıxa bilər. Amma məsələ burasındadır ki, haqqında söhbət gedən Zəngəzur dəhlizi vaxtilə sovetlər dönəmində fəaliyyət göstərib. Deməli, bura dəhliz statusu verilməsə Ermənistan yolu istədiyi vaxt bağlaya bilər. Necə ki, Birinci Qarabağ Müharibəsi dövründə bu, baş verdi. Paşinyandan sonra hakimiyyətə gələn şəxs yolun bağlanmasına göstəriş verə bilər. Qaldı ki, Ermənistan baş nazirinin digər təklifinə, onları bir qədər inandırıcı hesab etmirəm. O həmişə "maraqlı" təkliflərlə çıxış edib. Amma ortada nəticə yoxdur. Paşinyanın tələbi odur ki, biz sadəcə keçid verək.
Paşinyanın yeni Onsuz da bu qədər gözləmişiksə, elə dəhlizi İran üzərindən də həyata keçirmək olar. Hərçənd, məsələnin qarşılıqlı əsaslarla həll edilməsi Ermənistaının xeyrinədir. Dəhliz vasitəsi ilə Ermənistan nəinki Rusiyaya, hətta Xəzər vasitəsi ilə Mərkəzi Asiyaya, Çinə qədər yüklərini çatdıra bilər. Zəngəzurdan keçən yola dəhliz statusu verilməsə, Azərbaycan onunla razılaşmayacaq və təkliflər qəbul edilməyəcək. Daha doğrusu, Azərbaycanın təklifi ilə Ermənistan razılaşmasa, rəsmi Bakı digər addımlar atacaq. SSRİ dövründə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəmir yolu xətti mövcud olub. Hansı ki, bu yol 35 ildən çoxdur bağlıdır. Təcrübə göstərir ki, Ermənistan istənilən vaxtı bu yolu yenidən bağlaya bilər. Azərbaycan isə bunu yaxşı başa düşür və tələbi qəti şəkildə irəli sürür ki, Naxçıvanla bağlantı dəhliz statusunda olmalıdır. İndi Paşinyanın söylədikləri başdan-başa cəfəngiyyatdır və o, bununla zamana oynayır".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 28 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər azərbaycanda son xeberler azerbaycan cəbhədən son xəbərlər cebheden xeber