Paytaxtdakı "MilliÖn" terminalları niyə işləmir? - AÇIQLAMA

Paytaxtdakı "MilliÖn" terminalları niyə işləmir? - AÇIQLAMAPaytaxtdakı "MilliÖn" terminalları niyə işləmir? - AÇIQLAMA
Bəzən sərnişinlər "BakıKart"a ödəniş edərkən pulun balansa yüklənmədiyindən gileylənirlər. Bu dəfə isə şikayət "MilliÖn" terminallarının işləməməsindəndir.
Bu barədə Oxu.Az-a sərnişinlər tərəfindən məlumat verilib.
Bildirilib ki, paytaxtın əksər istiqamətlərində, eləcə də metronun "Qara Qarayev" stansiyası yaxınlığında dayanacaqlarda quraşdırılan "MilliÖn" terminalları işləməyib.
Bəs terminallarda yaranan problemin səbəbi nədir?
Məsələyə aydınlıq gətirmək üçün "MilliÖn" şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri idarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva ilə əlaqə saxladıq.
Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Ülviyyə Əfəndiyeva sözügedən problemlərin yaşana biləcəyini qeyd edib:
"Ümumiyyətlə paytaxt ərazisində quraşdırılan "MilliÖn" terminalları ştat rejimində necə işləyirdisə, hazırda da o şəkildə çalışır. Texniki problemlər isə mövcud vəziyyətdən asılı olmayaraq, hər zaman yaşana bilər.  Bizim texniki şöbənin işçiləri 24 saat ərazilərdəki terminallara baxış keçirir.
Sistemli olaraq bütün terminallarımızın fəaliyyətini izləyə bilirik. Hər hansı problem yaranan zaman həmin an olmasa da, planlı şəkildə həmin məkanlara texniki dəstək göndərilir və mümkün qədər qısa zamanda problem aradan qaldırılır. Terminallarımızın günlərlə işləməməsi və ya texniki cəhətdən nasaz vəziyyətdə qalması mümkün deyil".
Ü.Əfəndiyeva "Qara Qarayev" metrostansiyası yaxınlığında quraşdırılan "MilliÖn" terminallarının fəaliyyətində qısa müddətlik texniki problemin olduğunu təsdiq edib:
"Bildirmək istəyirəm ki, yaranan problem qısa müddət ərzində aradan qaldırılıb. Əməkdaşlarımız həftənin altı günü işləyir. Ola bilər ki, qeyri iş günləri (bazar günü) paytaxt ərazisində quraşdırılan "MilliÖn" terminallarından hər hansı birində problem yaransın. Bu, sistem vasitəsilə görünür və qeydə alınır. Həftənin ilk iş günü texniki şöbənin əməkdaşları ilk olaraq həmin ərazilərdəki terminallara baxış keçirərək, yaranan problemi aradan qaldırırlar".
Könül Cəfərli 

Sosial       Tarix: 11 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal bugun xeberler bugun ensonxeberler