Pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım olub
2020-ci ilin 6 ayında pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, pensiyaların maliyyələşməsinə son 6 ayda ötən ilin müvafiq dövrünə nisbətən 24,09 faiz (və ya 436,51 mln manat) çox vəsait yönəldilib
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri pensiyaların da mütəmadi artımına imkan yaradıb və bu artım 2020-ci ildə də davam edib.
Cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunub. 1 milyon 200 min pensiyaçını əhatə edən bu artım üçün ayda əlavə olaraq 43 mln. manat vəsait yönəldilib.
Ümumilikdə, 2020-ci ilin 6 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləği 2019-cu ilin müvafiq dövrünə nisbətən 27 faizə yaxın artaraq 300 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 25,24 faiz çoxalaraq 330 manata yaxın olub.
Bu ilin ilk yarımilində pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09 faiz çox olmaqla, 2 milyard 250 milyon manat vəsait sərf edilib.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar