Peyvənd vurulması uşaqların xəstəlikləri yüngül keçirməsinə səbəb olur
Həkimlərin dediyinə görə, yoluxucu xəstəliklərdən qoruyan ən vacib və əhəmiyyətli vasitə peyvənddir. Lakin bəzi valideynlərin peyvəndlərə münasibəti birmənalı deyil.
Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Peyvəndlər uşaqların həyatının yoluxucu xəstəliklərdən sığorta olunmasına xidmət edir. Bəzi hallarda peyvənd vurulandan sonra uşaqlarda ona qarşı müəyyən reaksiyalar olur. Peyvənd vurulduğuna görə uşaqlar xəstəlikləri yüngül formada keçirir, ciddi xəstəliklə üzləşəndə orqanizmin ona qarşı müdafiə funksiyası olur".
Lakin peyvəndi hər uşağa vurmaq olmaz. Onun dediyinə görə, əvvəlcə uşaq tam şəkildə həkim müayinələrindən keçirilməlidir: "Tam sağlam uşaqlar peyvənd olunmalıdır, mütləq şəkildə əks göstərişləri nəzərə almaq lazımdır. Elə xəstəliklər var ki, peyvəndlərin sayəsində onların kökü kəsilib. Məsələn, difteriya, suçiçəyi, poliomielit və s. kimi xəstəliklər yox dərəcəsindədir. Bu kimi təhlükəli virusların qarşısını almaq üçün peyvəndlər mütləq vurulmalıdır".
Həkim onu da qeyd edib ki, uşaqlarda mövsümi qrip və soyuqdəymə kimi xəstəliklərlə əlaqədar şikayətlər varsa, tam sağalandan bir ay sonra peyvənd vurulması məsləhətdir.
Xatırladırıq ki, körpə dünyaya gəldiyi ilk həftədə hepatit B əleyhinə, vərəm və poliomielitə, iki aylığına çatdıqda difteriya, tetanus, göyöskürək, hemofil infeksiyasına və pnevmokoklara, 1 yaşa çatanda isə qızılca, məxmərək və parotitə qarşı peyvənd olunurlar. Uşaqlar yaş yarımında və 6 yaşında olarkən həmin peyvəndlərin bir qismi təkrar olaraq aparılır və bundan sonra uşaqlarda yoluxucu xəstəliklərə qarşı immunitet yaranır.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ