Pis tər qoxusunun 5 TƏHLÜKƏLİ SƏBƏBİ
Tər qoxusu ilə mübarizədə bir çox vasitədən istifadə edirik. Bəs bəzi insanların tərindən, ümumiyyətlə, iy gəlmədiyini bilirdinizmi?
Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlərin apardığı araşdırmalar nəticəsində avropalıların 2 faizinin və asiyalıların isə böyük əksəriyyətinin zülal daşıyıcı hüceyrələrin çatışmazlığı səbəbindən tər iyi vermədiyi məlum olub. Təəssüf ki, bu məsələdə hamı şanslı deyil.
Tərin 98-99%-ni adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu yoxdur.
Sağlam insanda pis tər qoxusunun əsas səbəbləri bunlardır:
- gigiyena qaydalarına tam şəkildə riayət etməmək
- sintetik, havanı buraxmayan paltar, corab
- çoxlu soğan-sarımsaq, yağlı, qızardılmış, ədviyyatlı qidaları istehlak etmək
-Hamiləlik zamanı və yeniyetməlik dövründə tərin qoxusu daha kəskin ola bilər. Bunun səbəbi orqanimzdə gedən ciddi hormonal dəyişikliklərdir. Bu hal müvəqqəti xarakter daşıyır.
Lakin bəzən pis tər qoxusunun səbəbi hər hansı xəstəlik və ya pozulma da ola bilər.
Bu pozulmalar arasında:
- Böyrək xəstəlikləri
- Qaraciyər xəstəlikləri
- Endokrin sistemi xəstəlikləri (böyrəküstü vəzi, qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet)
- Qadınlarda hormonal pozulmalar
- Həzm sistemi xəstəlikləri
Əgər pis tər qoxusu sizi çox narahat edirsə, bu qoxunu aradan qaldırmaq mümkün deyilsə, mütləq həkimə müraciət edin
Milli.Az /news.milli.az

Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Trampdan Azərbaycan açıqlaması
İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
"Real Madrid"in ulduzu bu komandaya gedir
"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Dollar bu gün neçəyə satılır?
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub