Planetin əsl sahibləri və ya... FOTO

Planetin əsl sahibləri və ya... FOTOPlanetin əsl sahibləri və ya... FOTO
Qarışqalar bəşəriyyəti hər zaman öz qeyri-adi gücləri ilə heyran edib və hər yerdə mövcudluğu ilə təəccübləndirib.
Sidneydəki Makkuori Universitetinin alimləri bunu nəzərə alaraq planetdə onların sayını hesablayıb. Nəticələr isə ekspertlərdə Yer kürəsinin əsl sahiblərinin əslində kimlər olduğu barədə sual yaradıb.
Planetin əsl sahibləri və ya... FOTOBu barədə təqdqiqatçıların işi "The Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Məqalədən məlum olur ki,  qarışqaların bu və ya digər şəkildə sayılması ilə bağlı 489 araşdırma təhlil edilib və bütün dünyada - ağaclarda və torpaqlarda təxminən 20 kvadrilyon qarışqanın olduğu hesablanıb. Başqa sözlə, sırf riyazi olaraq desək, adambaşına bu kiçik həşəratlardan təxminən 2,5 milyonu düşür.
Planetin əsl sahibləri və ya... FOTO"Altı ayaqlı həşəratların ümumi biokütləsi Yerdəki bütün çöl quşlarının və vəhşi məməlilərin cəmindən çoxdur", - deyə tədqiqatçılar bildirib.
Alimlər müəyyən ediblər ki, bütün quru qarışqalarının 61%-i tropik yağış meşələrində və savannalarda, ən azı isə Aralıq dənizi kollarında və tropik iynəyarpaqlı meşələrdə yaşayır. Entomoloqlar həmçinin ümumi biokütləni 12 meqaton quru karbon kimi qiymətləndiriblər ki, bu da bəşəriyyətin quru biokütləsinin 20%-ni təşkil edir.
Planetin əsl sahibləri və ya... FOTOBununla belə alimlər əslində qarışqaların bu saydan daha çox olduğunu vurğulayıblar.
Tədqiqatın nəticələri qarışqaların yerüstü ekosistemlərin mərkəzi olması barədə fərziyyəni təsdiqləyir - onlar bitki toxumlarını paylayır, digər həşəratlarla simbiozda yaşayır, heyvanlar üçün qidadır və s.
Planetin əsl sahibləri və ya... FOTOMənbə: Aussiedlerbote.de / oxu.az

Maraqlı       Tarix: 21 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber son xeberler 2026 xəbər.az sonxeberler